Zəhranın ailəsi ilə bağlı daha bir - Açıqlama

Füzuli rayon İcra Hakimiyyəti iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinə atılan top mərmisinin partlaması nəticəsində öz həyətlərində şəhid olan azyaşlı Quliyeva Zəhra Elnur qızının ailəsinə dövlət tərəfindən ev verilməsinə rayon İcra Hakimiyyəti tərəfindən maneçilik törədilməsi, onlardan mənzildən imtina etmələri üçün izahatlar alınması, ailəyə təzyiq göstərilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

İcra Hakimiyyətinin mətbuat xidmətindən Moderator.az-a daxil olan bəyanatda qeyd olunur ki, bu məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterli və əsassızdır.

“Belə ki, avqustun 13-də Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Alxanlı kəndinə gələrək, Zəhra Quliyevanın valideynləri ilə görüşüb. Mətanət Əsgərqızı Zəhranın anası Nərminə Quliyevaya söhbət əsnasında deyib ki, sizə dövlət tərəfindən ev verilməlidir. Nərminə Quliyeva isə cavabında bildirib ki, bu məsələ dövlətin öz işidir. Hər iki halda prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarıq.

Mətanət Əsgərqızı isə Bakı şəhərinə qayıtdıqdan sonra Nərminə Quliyevanın və ailəsinin məlumatı olmadan onun adından Mehriban Əliyevaya müraciət ünvanlayıb və həmin müraciəti Mətanət Əsgərqızı özü imzalayıb.

Həmin müraciət Prezident Administrasiyası tərəfindən baxılmaq üçün rayon İcra Hakimiyyətinə göndərilib. RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlu həmin müraciətlə bağlı Alxanlı kəndinə gedərək şəhid Zəhra Quliyevanın valideynləri görüşüb, sözügedən müraciətlə bağlı onlarla söhbət edib. Z. Quliyevanın valideynləri Elnur Quliyev və Nərminə Quliyeva belə bir müraciət yazmadıqlarını, imzalamadıqlarını və məlumatları olmadığını bildiriblər.

Sözügedən məsələ ilə bağlı bəzi saytlarda yazılan xəbərlərlə bağlı şəhidin valideynləri və digər qohumları bu gün rayon İcra Hakimiyyətinə gələrək icrab başçısı Alı Alıyev tərəfindən qəbul edilib, onlarla söhbət aparılıb. xa0Zəhra Quliyevanın valideynləri və digər yaxın qohumları saytların yazdıqları xəbərlərdən qəzəbləndiklərini, dövlətdən ev istəmək iddiasında olmadıqlarını, onlara ev verilməsi ilə bağlı hər hansı bir təzyiq göstərilmədiyini bildirmiş bu məsələyə saytlar tərəfindən son qoyulmasını tələb ediblər.

Zəhra Quliyevanın valideynləri və yaxınları baş vermiş faciə ağır olsa da sarsılmayıblar, nikbindirlər, onlar prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Ordusuna inanırlar, güvənirlər, öz doğma kəndlərindən heç hara getmək fikirləri yoxdur”x9d, -deyə məlumatda bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

End of content

No more pages to load

RADİO