Səlim Müslümovdan qalan və həllini gözləyən 90 min insanın pensiya MÜƏMMASI

Azərbaycanda 90 minə yaxın pensiya işinin ləğv edilməsi məsələsi yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə narazıçılıq yaradan məsələ saxtakarkarlığın ifşa olunması fonunda haqlı sayılsa da, həqiqi pensiyaçıların haqqına girilməsi kimi qiymətləndirilib. Sosial şəbəkə istifadəçilərinin bildirdiyinə görə, həqiqətən də əlil olan xeyli sayda insanın pensiyası ləğv edilib.

Bəllidir ki, 17 mindən çox saxta əlilliyin və 90 minə yaxın pensiya işinin ləğv edilməsi sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun vəzifədə olduğu illərdən qalma problemdir. Hər halda bu barədə hazırki nazir Sahil Babayev bildirib. 

Onun sözlərinə görə, əlillik müddətinin uzadılması ilə bağlı da kifayət qədər saxtakarlıqlar aşkarlanıb və ləğv edilib. Qeyd edilən məsələ ilə bağlı isə araşdırmalar aparılır. 

Maraqlıdır, əlil olan və pensiyaları haqsız yerə ləğv edilən şəxslərin aqibəti necə olacaq?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı sosial şəbəkələrdə real əlillərin pensiyasının ləğv edilməsi ilə razılaşmayıb:

“Bunlar əsassız deyilənlərdir. Yalnız saxta əlilliklər ləğv edilir” deyə nazirlik rəsmisi fikirlərini bununla tamamlayıb. İqtisadçı-ekspert Akif Nəsirli isə Azərbaycanda əlilliyin təyinatında ciddi boşluqların olduğunu bildirib.

Onun fikirincə, məsələ köklü surətdə həll edilməli, pensiya təyinatı birtərəfli formalaşmalıdır: 

“Şəxsən tanıdığım xeyli insan var ki, onlar doğrudan da əlildir və pensiyası dayandırılır. Şəxs 7 il mütəmadi əlilliyin təyinatı ilə bağlı komissiyadan keçib və təsdiqlənib ki, həqiqətən də əlildir. Ona 3 aylıq pəncərə açmaqla 10 illik limit açırlar. Guya  şəxsə pensiyanı yenidən təyin edirlər.
 

Halbuki şəxs 8-9 ildir ki, əlildir. Bilirsiz ki, əlil şəxslər komissiyadan keçir, nəticələr isə internet üzərindən müraciət olunur. Fəxrlə də bildirirlər ki, insanlarla təmasda olmadan onları növbəti komissiyadan keçirir, əlillik dərəcələri verilir və saxta əlilliklər ləğv edilir.


Bunun özü absurddur və gülməlidir. Şəxsi görmədən, hansısa kağız üzərindən, informasiyalara əsasən əlilliyi təyin etmək nə dərəcədə doğrudur? Hazırda bütün rayonlardan növbəti komissiyalardan keçən pensiyaçılar müvafiq qurumun qapılarını qırır. Ucdantutma hamının sənədi geri qaytarılır ki, ya informasiya səhv doldurulub, ya müayinə tam getməyib. Bununla da o yardıma, sosial müavinətə ehtiyacı olan vətəndaş bir neçə aylıq gəlirini itirir, həm də haqq etdiyi əlillik dərəcəsini almağa çox az müddət qalmış, növbəti komissiyadan keçmək üçün limitlə üzləşir”. 

Ekspert hesab edir ki, bu məsələyə müdaxilə olunmalıdır:

“Onsuz da Səlim Müslümov da pensiya məsələsində anormal sistem qurmuşdu. Çünki 90 min adamın bəlkə də 99 faizi doğrudan da əlildir və müvafiq qurum həmin insanlara əziyyət verir.
 

Biz əgər korrupsiyaya qarşı mübarizə aparırıqsa, bunun təcrübəsi və yolları var. Nəyə görə əlilliyi iki nazirlik – Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri  müəyyən etməlidir?


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi o olmalıdır ki, təyin edillmiş əlillik dərəcəsinə görə pensiya müəyyən etsin. Əlilliyi isə həkim təyin etməlidir. İqtisadçı əlilliyin hansı formada olmasını müəyyən edə bilməz. Kimin saxta əlillik alıb, almadığına görə həkim cavabdehdir.  İnsanlar iki nazirlik arasında avara qalıblar. Bu məsələyə köklü surətdə baxılmalıdır.” 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ – Bu binalarda yaşamaq TƏHLÜKƏLİDİR!

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ – Bu binalarda yaşamaq TƏHLÜKƏLİDİR!

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına - Çağırış

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına - Çağırış

Onlar da doğma yurdlarına qayıdırlar – FOTO

Onlar da doğma yurdlarına qayıdırlar – FOTO

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

Qadın futbolunda ilin ən yaxşı qol müəllifi BƏLLİ OLDU

Qadın futbolunda ilin ən yaxşı qol müəllifi BƏLLİ OLDU

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Rusiyadan gətirilən bioloji aktiv qida məhsulunun normativ tələblərə cavab vermədiyi AŞKARLANDI - FOTO

Rusiyadan gətirilən bioloji aktiv qida məhsulunun normativ tələblərə cavab vermədiyi AŞKARLANDI - FOTO

"Mançester Siti"nin hücumçusu mövsümü BAŞA VURDU

"Mançester Siti"nin hücumçusu mövsümü BAŞA VURDU

Süni intellekt xərçəng müalicəsini FƏRDİLƏŞDİRİR

Süni intellekt xərçəng müalicəsini FƏRDİLƏŞDİRİR

“Bütün qızlar evli-eşikli oğlana ərə getmək istəyirlər” - VİDEO

“Bütün qızlar evli-eşikli oğlana ərə getmək istəyirlər” - VİDEO

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

İlin rəmzi komandasında hansı futbolçular var?

İlin rəmzi komandasında hansı futbolçular var?

Britaniya Ukraynaya PUA tədarükü üçün 700 milyon avro AYIRACAQ

Britaniya Ukraynaya PUA tədarükü üçün 700 milyon avro AYIRACAQ

İş elanlarında namizədə çəki, boy və bədən ölçüsünün tələbi düzgündür? - VİDEO

İş elanlarında namizədə çəki, boy və bədən ölçüsünün tələbi düzgündür? - VİDEO

İnsanların yaşlandıqca daha tez oyanmasının səbəbi bilindi - ARAŞDIRMA

İnsanların yaşlandıqca daha tez oyanmasının səbəbi bilindi - ARAŞDIRMA

Dünyada ilin ƏN YAXŞI qadın futbolçusu o oldu

Dünyada ilin ƏN YAXŞI qadın futbolçusu o oldu

Rəqsanə ayrıldığını AÇIQLADI: “Fazillə hər şey bitib” - VİDEO

Rəqsanə ayrıldığını AÇIQLADI: “Fazillə hər şey bitib” - VİDEO

Şəkidə qonşu qadınlar arasında DAVA: İş məhkəmədə yekunlaşdı

Şəkidə qonşu qadınlar arasında DAVA: İş məhkəmədə yekunlaşdı

Tehranda bina çökdü, dağıntılar altında qalanlar var

Tehranda bina çökdü, dağıntılar altında qalanlar var

Leyla Əliyeva əkizləri ilə - FOTO

Leyla Əliyeva əkizləri ilə - FOTO

Putinin Türkiyəyə səfəri GÖZLƏNİLİR

Putinin Türkiyəyə səfəri GÖZLƏNİLİR

Murad Dadaşovun fiziki məhdudiyyətli işçisi ilə rəqsi diqqət çəkdi - VİDEO

Murad Dadaşovun fiziki məhdudiyyətli işçisi ilə rəqsi diqqət çəkdi - VİDEO

Balakəndəki qəzada xəsarət alanlardan daha biri öldü

Balakəndəki qəzada xəsarət alanlardan daha biri öldü

Brendon Rocers ərəb klubunun baş məşqçisi TƏYİN OLUNDU - FOTO

Brendon Rocers ərəb klubunun baş məşqçisi TƏYİN OLUNDU - FOTO

End of content

No more pages to load

RADİO