Rejissor Elçin Musaoğlunun quruluş verdiyi “Məryəm” filmi istehsala buraxılıb.
Kinostudiyanın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hazırda film üzərində iş prosesi davam edir.
Filmin çəkilişləri may-iyun aylarında Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılacaq.
Filmin süjet xətti ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında tapan Məryəm adlı qızdan bəhs edir.
Bizim.Media