Xalq artisti Brilliant Dadaşova sabiq deputat Hüseynbala Mirələmovu tənqid edənlərə cavab verib.
Bizim.Media xəbər verir ki,müğənni sosial şəbəkələrdə Mirələmovun videosuna yazılan şərhlərə belə cavab verib:
"Bu yaşlı kişini bu qədər tənqid edənlərin görəsən öz ataları yoxdur? Öldürməsəniz əl çəkməyəcəksiniz?", - müğənni fikir bildirib. Dadaşovanın sözlərinə sosial şəbəkə izləyiciləri də biganə qalmayıblar.
Onlar ifaçının özünü tənqid etməyə başlayıblar.
Qeyd edək ki, sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də universitetin Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.
Bizim.Media
