Zaman-zaman mətbuatda sənətkarlar arasında müəyyən söz-söhbətlər yarandığının, hətta düşmən səviyyəsinə çatdıqlarının xa0şahidi olmuşuq. Xalq artistləri Flora Kərimova və Zeynəb Xanlarova xa0da həmin sənətkarlardandır.
xa0
"Zeynəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur”x9d.
xa0
Bu sözləri bir müddət bundan qabaq Flora Kərimova bildirmişdi. Buna baxmayaraq Z.Xanlarovanın xa0barışmaq üçün addım atdığını deyənlər də var.
xa0
Maraqlıdır, xalq artistləri xa0aradakı buzları əridə bilibmi? Doğurdanmı xa0barışığa imza atılıb?
xa0
F.Kərimova bununla bağlı xa0Modern.az-a açıqlama verib. O bildirib ki, Zeynəb Xanlarova və ya başqaları tərəfindən barışmaq üçün irəli sürülən təşəbbüslərdən xəbərdar deyil:
xa0
“Zeynəb Xanlarova mənim üçün heçdir, yoxdur. xa0Ona görə də onunla bağlı nə varsa, məni maraqlandırmır. O heç vaxt mənə düşmən ola bilməz. Heç o qüdrətdə də deyil. xa0Haralara yazır yazsın, ya da harada səsimi batırmaq istəyirsə istəsin, bir varlıq kimi Zeynəb Xanlarovanın mənə gücü çatmaz. O indiyə qədər mənə sataşdı və cavabını da aldı. Bundan sonra Allahın yanına qalxsa da, mənimlə bacarmayacaq”x9d.