Mirələmovu kim biabır etdi? - Görüntüləri bu şəxslərdən biri yayıb...   

YAP Ağsaqqallar Şurasının üzvü, keçmiş deputat, yazıçı, 76 yaşlı Hüseynbala Mirələmovun əxlaqsız görüntülərinin sosial şəbəklərdə yayılması böyük rezonans doğurub. 

Maraqlıdır, keçmiş deputatın əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntülər sosial şəbəkələrə necə sızıb? 
 

MÖVZU İLƏ BAĞLI:

Hüseynbala Mirələmov YAP-dan QOVULDU


Bizim.Media-nın məlumatına görə, ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov mətbuata açıqlamasında bildirib ki, sözügedən görüntülər universitet daxilində deyil, kənar ofisdə çəkilib:

"Bildiyimiz kimi, Hüseynbala müəllimin tək Azərbaycan Neft və Sənaye Universitetində deyil, digər yerlərdə də vəzifələri var idi. Həmin hadisə universitet daxilində baş verməyib. Digər iş yerlərinin birində baş verib. Hüseynbala müəllim bizdə kafedra müdiri idi, hazırda işindən azad olunub. Qeyd edim ki, videogörüntüdə yer alan qız da bizim universitetin işçi heyətindən deyil".

Apardığımız araşdırma zamanı məlum oldu ki, Mirələmovun qeyri-etik görüntüləri ADNSU-da çəkilməsə də, universitetin bu il yanvarın 27-də keçirilmiş Elmi Şurasının iclasında qeydə alınıb.

Həmin toplantıya H.Mirələmov və Şuranın başqa üzvləri fərqli yerlərdən, ofislərdən onlayn formada qatılıblar. ADNSU-nun saytında yerləşdirilən foto keçmiş deputatın internetdə yayılan kadrları ilə uyğunluq təşkil edir. Mirələmovun geyimi, onlayn iclasın iştirakçıları, onların dayandığı yerlərin arxa fonları eynidir.

Yanvarın 27-də keçirilən iclasda ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə koronavirus pandemiyası ilə bağlı son vəziyyət, eyni zamanda, ölkədə COVİD-19 pandemiyasının statistikası barədə danışıb.

Toplantı ilə bağlı saytda yerləşdirilən informasiyada H.Mirələmovun çıxış etdiyi yazılmayıb.
Beləliklə, məlum olur ki, sözgügedən video Elmi Şuranın iclasında iştirak edən şəxslərdən biri, yaxud da moderator tərəfindən çəkilib.

Mütəxəssislər bildirir "Zoom" proqramı vasitəsi ilə iştirakçılara dəvət göndərən şəxsin bir sıra əlavə imkanları var: o, iştirakçıların səsini bağlaya, foto, video qeydiyyatı götürmələrinə icazə verməyə bilər. Yəni texniki baxımdan onu məhdudlaşdıra bilər. Amma Elmi Şuranın iclasına iştirak edənlərə qarşı bu addımın atılması o qədər də ağlabatan görünmür.

Ehtimallardan biri odur ki, Mirələmovla yaxşı münasibətləri olmayan şura üzvlərindən biri bu görüntüləri qeyd alıb və bir müddət sonra internetdə yayıb.

Məlumatlı mənbədən sayta daxil olan məlumatda rektor Mustafa Babanlı ilə Hüseynbala Mirələmov arasında da münasibətlərin "soyuq" olduğu bildirilir.

Rektorun bir neçə dəfə keçmiş deputatı kafedra müdirliyindən uzaqlaşdırmağa cəhd etdiyi, ancaq "gücü çatmadığl" iddia olunur. Mirələmovun müxtəlif vasitələrlə postunda qaldığı vurgulanır. Bu səbəbdən istisna deyil ki, kadrların yayılmasında rektor da şəxsən maraqlı ola bilərdi.

Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov bu xəbərin doğru olmadığını vurğulayıb.

Qeyd edək ki, Mirələmovun əxlaqsız hərəkətlərinin təsadüf nəticəsində yayımlanması da istisna deyil. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hatayda zəlzələ oldu

Hatayda zəlzələ oldu

Bu il HƏBS olunan MƏMURLAR – ARAŞDIRMA

Bu il HƏBS olunan MƏMURLAR – ARAŞDIRMA

2026-cı ildə işsiz qala biləcək şəxslər açıqlandı

2026-cı ildə işsiz qala biləcək şəxslər açıqlandı

Qadına qarşı əxlaqsızlıq edən traktor sürücüsünə cəza verildi

Qadına qarşı əxlaqsızlıq edən traktor sürücüsünə cəza verildi

"Onları işdən çıxarmağımız Təhsil Nazirliyinin göstərişi idi"

"Onları işdən çıxarmağımız Təhsil Nazirliyinin göstərişi idi"

"İlk sutkadan bağırsaqlar yüngülləşir, qaz azalır" - Diyetoloq

"İlk sutkadan bağırsaqlar yüngülləşir, qaz azalır" - Diyetoloq

Banka borcu olan müştərilərin NƏZƏRİNƏ: Kreditinizi bu cür ödəyə bilərsiniz

Banka borcu olan müştərilərin NƏZƏRİNƏ: Kreditinizi bu cür ödəyə bilərsiniz

Hər kəs onlardan danışacaq: 2026-cı ilin ən güclü 4 bürcü

Hər kəs onlardan danışacaq: 2026-cı ilin ən güclü 4 bürcü

Mais Bərxudarovun yeni görüntüsü – Görün kimlərlə görüşdü – FOTO

Mais Bərxudarovun yeni görüntüsü – Görün kimlərlə görüşdü – FOTO

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ – Bu binalarda yaşamaq TƏHLÜKƏLİDİR!

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ – Bu binalarda yaşamaq TƏHLÜKƏLİDİR!

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına - Çağırış

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına - Çağırış

Onlar da doğma yurdlarına qayıdırlar – FOTO

Onlar da doğma yurdlarına qayıdırlar – FOTO

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

Qadın futbolunda ilin ən yaxşı qol müəllifi BƏLLİ OLDU

Qadın futbolunda ilin ən yaxşı qol müəllifi BƏLLİ OLDU

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Rusiyadan gətirilən bioloji aktiv qida məhsulunun normativ tələblərə cavab vermədiyi AŞKARLANDI - FOTO

Rusiyadan gətirilən bioloji aktiv qida məhsulunun normativ tələblərə cavab vermədiyi AŞKARLANDI - FOTO

"Mançester Siti"nin hücumçusu mövsümü BAŞA VURDU

"Mançester Siti"nin hücumçusu mövsümü BAŞA VURDU

Süni intellekt xərçəng müalicəsini FƏRDİLƏŞDİRİR

Süni intellekt xərçəng müalicəsini FƏRDİLƏŞDİRİR

“Bütün qızlar evli-eşikli oğlana ərə getmək istəyirlər” - VİDEO

“Bütün qızlar evli-eşikli oğlana ərə getmək istəyirlər” - VİDEO

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

İlin rəmzi komandasında hansı futbolçular var?

İlin rəmzi komandasında hansı futbolçular var?

Britaniya Ukraynaya PUA tədarükü üçün 700 milyon avro AYIRACAQ

Britaniya Ukraynaya PUA tədarükü üçün 700 milyon avro AYIRACAQ

İş elanlarında namizədə çəki, boy və bədən ölçüsünün tələbi düzgündür? - VİDEO

İş elanlarında namizədə çəki, boy və bədən ölçüsünün tələbi düzgündür? - VİDEO

İnsanların yaşlandıqca daha tez oyanmasının səbəbi bilindi - ARAŞDIRMA

İnsanların yaşlandıqca daha tez oyanmasının səbəbi bilindi - ARAŞDIRMA

End of content

No more pages to load

RADİO