İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nağdsız ödəmələrdən istifadənin üstünlükləri barədə videoçarxlar hazırlamağa davam edir.
Bizim.Media xəbər verir ki, növbəti rolik bu dəfə meyxana ilə hazırlanaraq əhalinin təqdimatına verilib.
Sözügedən video insanlar tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərindən kimisi meyxanaya tənqidlə yanaşıb, bəziləri də yumorla şərh edib.
Belə ki, “Sahibkarların bağlanan bankalrda qalan pullarına da bir meyxana yazsanız yaxşı olardı”, “Metroda başqa yerdən gələnləri düşünməmisiniz, o ki qaldı bərbərdə terminal...”, “Reklamı 3 dostuna göndər, vergilərdən azad olacaqsan” kimi rəylərlə insanlar nağdsız ödənişlərlə bağlı hazırlanan videoçarxa fikir bildiriblər.
Bizim.Media

