1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi”x9d - Keçmiş tabor komandiri DANIŞIR

Bir neçə gündən sonra xa0Füzulinin xa0Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 24-cü ili tamam olacaq. Belə ki, rayon 1993-cü ilin 23 avqustunda işğal olunub.
xa0
Ərazi 1386 kv.km olan Fizulidə 78 kənd, 1 qəsəbə var. İşğaldan əvvəl rayonda 86 ümumtəhsil və 2 texniki-peşə məktəbi, 65 uşaq bağçası, 90 kitabxana, 79 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 9 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Füzuli rayonu 1650-dən çox şəhid verib.
xa0
1994-cü ilin yanvarında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində rayonun 78 yaşayış məntəqəsindən 22-si düşməndən azad edilib və hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Fizulinin azad olunmuş ərazilərində məcburi köçkünlər üçün xeyli yeni qəsəbə salınıb. İşğaldan azad edilmiş 30 min kv.km ərazidə hazırda 50 mindən çox sakin yaşayır. Rayonun Horadiz qəsəbəsinə isə şəhər statusu verilib və hazırda orada geniş miqyaslı bərpa işləri aparılır.
xa0
Füzuli rayonu ərazisində onlarla tarixi və dini abidələr yerləşir ki onların da çoxunun ermənilər tərəfindən dağıdılmasına dair faktlar var. Belə abidələrdən ən məşhuru xa0Azıx mağarasıdır.
xa0
Müsahibimiz o zaman Füzulidə xa0xüsusi təyinatlı taborun komandiri olmuş Tariyel Qəhrəmanovdur. O, 1993-cü ilin 21 avqustunu ürək ağrısı ilə xatırlayır...
xa0
“Hər kəs öz torpağını müdafiə etmək istəyirdi”x9d
xa0
“Avqust ayında Füzulidə ümumi vəziyyət hökm sürürdü. O dövrdə insanların fikri torpaqları müdafiə etmək idi. Bir döyüşçü kimi heç vaxt ağlıma da gəlməyib ki, nə vaxtsa Füzuli işğal oluna bilər. O dövrün insanları çox vətənpərvər idi. Hər kəs könüllü olaraq öz torpağını müdafiə etmək istəyirdi. Ordunun olub-olmamasından asılı olmayaraq insanlar torpaqları müdafiə etməyi düşünürdü. İnsanların əksəriyyəti 1988-ci ildən döyüşə-döyüşə gəlib çıxmışdı”x9d
xa0
“86 km ərazini saxlamağa gücümüz yox idi”x9d
xa0
Keçmiş döyüşçü deyir ki, əslində, Füzulinin işğal olunmasının qarşısını almaq olardı.
xa0
“1992-ci ilin aprel ayında Füzuliyə 702 nömrəli hərbi hissə gəldi. Amma Ermənistanla Füzulinin arasında 86 km məsafə vardı. Həmin qüvvə ilə 86 km ərazini saxlamaq mümkün deyildi. Eyni zamanda silah təchizatı yox idi. Bir neçə dəfə Vahid Əhmədov(indiki deputat) icra hakimiyyəti ilə Füzuliyə gəlmişdi. Hardasa avqustun 20-i olardı. Söhbət Füzulinin işğalının qarşısını almaqdan gedəndə o zamankı briqada komandirimiz Piriyev dilləndi. Dedi ki, bu qüvvə ilə 86 km ərazini saxlaya bilmərəm. Baxmayaraq ki, bir neçə batalyon var, amma hamısı yarımçıq idi. Silah təchizatı da yox idi. O zaman mən də xa0çıxış etmək üçün əlimi qaldırdım və dedim ki, Füzuli işğal olunmayıb. Ona görə də dövlət silahla yaxşı təchiz olunmuş 2 batalyon göndərsin. Biri Füzuliyə daxil olan yolun sağını, digəri də solunu müdafiə etsin. O zaman Füzuli işğal olunmayacaq. Təbii ki, dediklərimə heç reaksiya da verən olmadı. 2 gündən sonra Füzuli işğal olundu”x9d.
xa0
xa0O zamankı idarəçilik sistemi - Əlikram Hümbətov, Rəhim Qazıyev....
xa0
Tariyel Qəhrəmanov deyir ki, torpaqlar işğal olunanda, o zamankı rəhbərlər hakimiyyət davası edirdi.
xa0
“Baxın, görün, Əlikram Hümbətov kim idi? Heç bir hərbi savadı olmayan, özünü öz aləmində rəhbər elan etmiş şəxs idi. Sürücüdən nə hərbçi ola bilərdi ki! Ümumiyyətlə, torpaqların işğal olunmasının əsas səbəbkarı o dövrün xa0hakimiyyətdə olan uğursuz xa0simaları idi. Düzdür, rəhmətlik Elçibəy insan kimi əvəzolunmaz birisi idi. Hətta. siyasətçi kimi də pis deyildi. Amma o dövrün idarəçiliyini bacara bilən şəxs ola bilməzdi. Təəssüf ki, prezident olduğu dövrdə ətrafına uğursuz insanları topladı. Məsələn, Fəhmin Hacıyevi gətirib daxili qoşunların komandanı qoydu. xa0Fizika müəllimi Rəhim Qazıyevi gətirib müdafiə naziri təyin etdi. Bu eksperiment xalqımız üçün çox pis nəticələndi. Rəhim Qazıyevin təkidi ilə iyunun 28-də Füzulidə ilk hücum əməliyyatı keçirilib. Guya istiqlaliyyətimizin bir aylığıdır. Elçibəyə töhfə etməliyik. Həmin gün hərbçilərimizi məcbur etdi ki, Füzuliyə hücum edib bir neçə kəndi işğaldan azad etsinlər. 32 tank toplaya bilmişdilər. O zaman tankı Tramvay Parkının müdiri Baba Nəzərli qəbul etmişdi. Silah sursata o baxırdı. Tramvay Parkının müdirinin qəbul etdiyi tank nə olmalı idi ki?! Demək olar ki, 32 tankdan 26-sı işləmədi. Heç bir işə yaramadı. Ona görə də Füzuli xalqının gözü qorxdu. O səbəbdən ki, 32 tankla ermənidən bir kəndimizi ala bilmədiksə, təəssüf!”x9d
xa0
xa0“2 günə Füzulinin bir neçə kəndini ələ keçirdik”x9d
xa0
Müsahibimiz indi də o zamankı hadisələr yadına düşəndə “kaş Heydər Əliyev bir az da tez hakimiyyətə gələydi”x9d deyir.
xa0
“O hakimiyyətə gələndən sonra ordunu nizama salmağa başladı. Əslində, Füzulinin işğalı 1993-ci ilin aprelində başlayıb. Rayonun Qəcər kəndi işğal olunub. May ayına qədər gedən döyüşlərdə çox böyük itkilər verdik. Amma o torpaqları qoruyub saxladıq. Bizdə döyüşlər dövlət səviyyəsində getməyib. Dövlət səviyyəsində hakimiyyət davası gedirdi. Nə qorunub saxlanıbsa, sadə insanların hesabına baş verib.
xa0
Heydər Əliyev hakimiyyətə gələnə qədər hakimiyyət davası gedib. Bu gün də şükür edirik ki, o torpaqlar bizdədir. 70.000-dən artıq əhali orada yaşayır. 1993-cü ilin 3 oktyabrından 5 yanvarına qədər ermənilər Füzulinin kəndlərini işğal etdi. Haradasa həmin torpaqları bir günün içində verib bir günün içində də aldıq. Əsasən Horadiz, Əhmədalılar, Qazaxlar, Mirzənağıllar, Arayıtılı, Şükür Vəli, Alıxanlı, Kür Mahmudlu xa0kəndlərini geri aldıq. Bu gün də insanlar orada yaşayır. Həmin dövrdə xüsusi təyinatlı taborun komandiri idim. 460 nəfərlə yanvarın 4-dən 5-nə keçən gecə erməni mövqelərinin arxasına canlı qüvvə keçirmişəm. xa0Bir-iki gün gedən döyüşlərdə 3 tank, 6 top, onlarla xa0silah-sursat yüzlərlə də erməni meyiti götürdük”x9d. (modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

End of content

No more pages to load

RADİO