Bakıda Qırğız kino günlərinin açılışı oldu - FOTO

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino günlərinin açılışı olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycana dost və qardaş ölkə olan Qırğızıstanın kino sahəsindəki uğurlarından danışıb: 

“Azərbaycan və qırğız xalqları eyni kökə, mədəniyyətə, qədim tarixə və dəyərlərə malikdirlər. Son illərdə qırğız kinosunun inkişafını çox diqqətlə izləyirik. Qeyd edim ki, ötən il Bakıda keçirilən III Qorqud Ata Türk dünyası film festivalında “Göksan” kinematoqrafçılarının çəkdiyi “Tanrıverdi” filmi ən yaxşı rejissor nominasıyası üzrə qalib oldu. Qırğızıstanın gənc kinematoqrafçılarının beynəlxalq festivallarda qazandığı böyük uğurları bizi çox sevindirir. Onların burada iştirakı kino sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün çox yaxşı fürsətdir. Əminəm ki, hər iki ölkənin kinematoqrafçıları bundan çox faydalanacaqlar”.

Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Altınbek Maksutbekov Azərbaycan və Qırğızıstan dövlət başçılarının səmimi dostluq münasibətlərinin son illərdə hər iki ölkə arasında olan müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verdiyini vurğulayın.
Bildirib ki, iki dost ölkə arasında mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit şərait var. Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına əyani sübutdur.

Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanaliyev də öz növbəsində ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərindən danışaraq, bu əlaqələrin inkişaf perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan ilə Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirib.

Sonra, rejissor Ruslan Akunun qısa müddət ərzində Mərkəzi Asiya ölkələrində və Rusiyada uğur qazanmış tammetrajlı “Cənnət anaların ayaqları altındadır” filmi nümayiş olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri aprelin 26-dək davam edəcək.

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçiriləcək.







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Xalq artistinə AĞIR İTKİ

Xalq artistinə AĞIR İTKİ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Qızıl və Bitkoin UCUZLAŞDI

Qızıl və Bitkoin UCUZLAŞDI

Elektronika məhsulları almaq istəyənlərin NƏZƏRİNƏ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

Elektronika məhsulları almaq istəyənlərin NƏZƏRİNƏ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

Nyu-Yorkun mərkəzi meydanına silahlı insident – ANBAAN VİDEO

Nyu-Yorkun mərkəzi meydanına silahlı insident – ANBAAN VİDEO

DÇ-2026: Meksika “pley-off”a yüksəldi, Kanadadan darmadağın – VİDEO

DÇ-2026: Meksika “pley-off”a yüksəldi, Kanadadan darmadağın – VİDEO

Narkotik daşıyan gəmi belə məhv edildi – VİDEO

Narkotik daşıyan gəmi belə məhv edildi – VİDEO

Makrondan Netanyahu barəsində SƏRT SÖZLƏR – VİDEO

Makrondan Netanyahu barəsində SƏRT SÖZLƏR – VİDEO

Bahalı kremlərə ehtiyac yoxdur: 5 dəqiqədə hazırlanan təbii nəmləndirici

Bahalı kremlərə ehtiyac yoxdur: 5 dəqiqədə hazırlanan təbii nəmləndirici

İran MAQATE müfəttişlərinin nüvə obyektlərini yoxlamasına İCAZƏ VERDİ

İran MAQATE müfəttişlərinin nüvə obyektlərini yoxlamasına İCAZƏ VERDİ

Turistlərə pul paylayacaqlar: ölkəyə gələnlərə 250 dollar veriləcək

Turistlərə pul paylayacaqlar: ölkəyə gələnlərə 250 dollar veriləcək

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Müğənnilərin FANTASTİK toy qiyməti

Müğənnilərin FANTASTİK toy qiyməti

Kosmetoloqlarla dermatoloqlar ÜZ-ÜZƏ - Yayda lazer epilyasiyası olar, ya olmaz?

Kosmetoloqlarla dermatoloqlar ÜZ-ÜZƏ - Yayda lazer epilyasiyası olar, ya olmaz?

ABŞ-İran danışıqları TƏXİRƏ SALINDI

ABŞ-İran danışıqları TƏXİRƏ SALINDI

Popkorn azmış kimi, üstünə bu zərərli qatqıları da ƏLAVƏ EDİRİK

Popkorn azmış kimi, üstünə bu zərərli qatqıları da ƏLAVƏ EDİRİK

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

End of content

No more pages to load

RADİO