Bir-birinə bənzəyən estetikli ÜZLƏR - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?

Bir-birinə bənzəyən üzlər, mimikasız və ya aqressiv simalar... Fərqli zamanlarda, ayrı-ayrı toplumlarda, müxtəlif gözəllik anlayışları olub. Əzəldən Azərbaycanın gözəllik anlayışına təbiilik aid edilib. Azərbaycan qızları istər artıq çəkili olsun, istərsə də incəbelli, əgər siması çəkicidirsə, gözəl hesab edilib. Lakin bu gün cəmiyyətin gözəllik anlayışı dəyişib. 

Belə ki, artıq böyük dodaqları, sərt çənə ovalı, uzun qaşları və kirpikləri olmayan qızlar gözəl hesab olunmur. Bu “gözəllik” anlayışı isə qızların beyninə sosial şəbəkələr vasitəsilə yeridilir. Buna görə də, qızlar yeniyetmə yaşına çatan kimi estetik cərrahiyyə və ya cərrahi olmayan estetik proseduralara müraciət edirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Qadınlarımız niyə bir-birinə BƏNZƏYİR? – Kütləviləşən əməliyyatların psixoloji FƏSADLARI


Əvvəlki zamanlarda bu prosedurları ancaq efir adamları, sənətçilər etdirirdisə, bu gün 16 yaşdan yuxarı qızların böyük əksəriyyəti botoks və dolğularla “gözəlləşməyə” çalışır. 

Xalq artisti Flora Kərimova Bizim.Media-ya bildirib ki, bu, müvəqqəti bir həvəsdir:

“Qızların estetik prosedurlara müraciət etməsi keçici bir meyildir. Hər şey belə həvəslə başlayır, sonra kütləvi hal alır. Lakin bir müddət keçəndən sonra bu həvəs ölür. Qoy onlardakı bu meyil sizi narahat etməsin”.

Psixoloq Elnur Rüstəmov isə bildirib ki, gözəllik xarici obyektə və ona yönəlmiş şüur fəaliyyətinə aiddir:

“Gözəllik qavrayışı təkcə qadınlarda deyil, ətrafımızdakı bütün hər şeydə var. Hər dövrün dominant gözəllik anlayışı fərqlilikləri ehtiva edir. Bu gün texnologiyanın inkişafı medianın üstünlüyünə dəlalət edir. Xüsusilə ənənəvi mediadan sonra texnologiyanın inkişafı ilə populyar olan sosial media, fərdlərin həyatında sürətlə öz yerini tutub. Sosial medianın görünməyi asanlaşdıran tərəfi ilə artıq hər kəs öz gözəlliyini nümayiş etdirə bilir, lakin bu gün cəmiyyətə inteqrasiya etmiş gözəllik anlayışı düşündürür ki, hər kəs medianın bəyənməsini alacaq qədər “gözəl” deyil.

Sosial media ilə həyatımızı tamam başqa şəklə salan ideal gözəllik qavrayışı bu gün yeniyetmələrdə və gənclərdə özünüqiymətləndirməni ciddi şəkildə aşağı salaraq müxtəlif psixoloji problemlərə, sarsıntılara və hətta travmalara gətirib çıxarır”.

Psixoloqun sözlərinə görə, belə halda insanların sosial görünüşü ilə bağlı narahatlıqlarına təsir edən üç əsas vəziyyətin - həmyaşıdları, valideynlər və kütləvi informasiya vasitələri olduğunu qeyd edə bilərik:

“Bu amillərin təsiri ilə insanlar təqdim olunan fiziki görünüş ideallarını mənimsəyir və xarici görünüşlərini digər şəxslərlə müqayisə edirlər. Əgər fərd ideal fiziki xüsusiyyətlərə malik deyilsə, bədən imicinə dair mənfi düşüncələr tətiklənir və sosial görünüş narahatlığı artır. 

Mükəmməlliyin bu tərifi və sosial medianın gözəllik anlayışının təbliği bir çox insanlarda özgüvən əskikliyi və natamamlıq inanclarını tətikləyir. İnsanları bədbəxt, narahat, ümidsiz və narazı emosional vəziyyətə gətirir. Qaçılmazdır ki, bu gün cəmiyyətimizdə xoşbəxtliyi mükəmməl görünüşə bağlayanların sayı danılmaz dərəcədə çoxdur. 
Hətta çox erkən yaşlarda başlayan bu estetik qayğılar bu gün bir çox yeniyetmələrin, gənclərin özündən narazı qalmasına, öz mahiyyətini və təbiətini qorumağı dəyərsizləşdirməyə, sağlam olmaqdansa ideal olmağa üstünlük verməyə, estetik əməliyyatlar etdirməyə vadar edir. Nəticədə isə olmaq istəmədiyi bir insana çevrilməyin yaratdığı psixoloji böhran və peşmanlıq duyğusu gec də olsa şəxsi öz əhatəsinə alır”. 

Elnur Rüstəmov bildirib ki, ideal gözəllik qavrayışı cəmiyyətə bunun əksini aşılamağa çalışsa da, bilməliyik ki insan üçün əsas olan gözəllik - “göründüyün deyil, daxilində hiss etdiyindir”:

“Hər bir varlığın müəyyən estetik dəyəri var və bu dəyər hər zaman "gözəl" olaraq ifadə edilir. Bu həyatda gözəl olan hər hansısa bir şey fikir, dəyər, simmetriya, nisbət və nizam kimi müəyyən edilə bilər. Lakin unuduruq ki, bu qavrayış, əsrlər boyu belə əsla bir qəlibə sığan, eyniləşdirilən, standart hala salan və monotonluq ehtiva edən bir anlayış olmayıb. 
Xarici görünüşün, bədən ölçülərinin, simmetriyanın və gözəllik anlayışının nəyə və kimə uyğun olaraq müəyyən edildiyi hələ də məlum deyil. Çünki bu standartları irəli sürənlər "Gözəl olan nədir?" sualına konkret cavab verə bilməzlər. Elə məhz bu yerdə, insan özünə bu sualı verərək, gözəlliyin kimə və nəyə görə təyin olunduğunu araşdırmalıdır.

İlkin mərhələdə isə ən çətin psixoloji dövr sayılan yeniyetməlikdə valideyn dəstəyinin vacibliyi vurğulanır. Uşaqlıqdan gələn bu qavrayışlar, əslində bir növ valideyn-övlad münasibətlərində də öz əksini tapır. Fərdin özünə olan sevgisi, özünüqiymətləndirmənin yüksək olması və özgüvəninin tamlığı tam da burada, ailədən gələn dəstəklə və qayğı ilə bağlıdır. Araşdırmalar göstərir ki, övladının bir "bütün" olduğunu göstərən, onu özü olduğu üçün dəyərləndirən və onun sevgi dolu mühitdə böyüməsinə şərait yaradan ailələr arasında bu kimi problemlərə daha az müşahidə edilir”.

Psixoloq onu da qeyd edib ki, belə standart gözəllik qavrayışlarının psixoloji zərbələrlə paralel yaratdığı növbəti təhlükəli hallar isə yemə pozuntularıdır:

“Yemə pozuntuları şəxsin yemək yemə, çəki artımı ilə bağlı narahatlıqlarını ehtiva edən, önəmli emosional və fiziki təsiri olan psixoloji problemdir. Unutmayaq ki fiziki simptomlar daha qabarıq görünsə də, belə hallar psixoloji təməli olan və hətta yüksək mərhələlərdə ölümlə nəticələnə bilən ciddi narahatlıqlardır. 

Əlbəttə ki belə halların müalicəsinin əsas hissəsini psixoterapiya təşkil edir. Yeniyetməlik yaşlarında hiss edilən bu narahatlıqlarda valideynlər, fərdə mütəxəssislə kompleks şəkildə psixoloji dəstək göstərməlidirlər. 
Son olaraq bu kimi problemlərlə başa çıxmağın asan, bir o qədər də qətiyyətli yolu - qəbul etməkdir. Hər şey özünü qəbul etməklə başlayır. Uşaqlarımıza öyrədə biləcəyimiz ən vacib şey başqalarından daha yaxşı və ya daha gözəl olmağa çalışmamaq, özəl olduğumuzun fərqinə varmaqdır.

Biz insanlara istər akademik, istərsə də şəxsi olaraq özlərinin ən yaxşı versiyası olmağı öyrətməliyik ki, onlar öz həyatları üçün mübarizə apara və özləri üçün yaşaya bilsinlər. İnsanın müharibəsi heç vaxt özü ilə olmamalıdır. O, öz bədənini və imkanlarını qəbul etməli və fərqində olmalıdır. 

Uğur və əzm yalnız özünə inamla əldə edilə bilər. 

Biz heç vaxt bir insanın daxili rahatlığını cəmiyyətin çirkin qəliblərinə salmamalıyıq. Dəyər vermək və dəyərlənmək tarazlığını gözəllik nümunələrindən kənara çıxarmalı və onu fərdin öz daxili dünyasına yönəltməliyik. Unutmayaq ki özünü sevən və qəbul edən fərd dünyanı bərabər sevə və qəbul edə bilər. Hər şey özünü sevməkdən başlayır”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Xalq artistinə AĞIR İTKİ

Xalq artistinə AĞIR İTKİ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Qızıl və Bitkoin UCUZLAŞDI

Qızıl və Bitkoin UCUZLAŞDI

Elektronika məhsulları almaq istəyənlərin NƏZƏRİNƏ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

Elektronika məhsulları almaq istəyənlərin NƏZƏRİNƏ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

Nyu-Yorkun mərkəzi meydanına silahlı insident – ANBAAN VİDEO

Nyu-Yorkun mərkəzi meydanına silahlı insident – ANBAAN VİDEO

DÇ-2026: Meksika “pley-off”a yüksəldi, Kanadadan darmadağın – VİDEO

DÇ-2026: Meksika “pley-off”a yüksəldi, Kanadadan darmadağın – VİDEO

Narkotik daşıyan gəmi belə məhv edildi – VİDEO

Narkotik daşıyan gəmi belə məhv edildi – VİDEO

Makrondan Netanyahu barəsində SƏRT SÖZLƏR – VİDEO

Makrondan Netanyahu barəsində SƏRT SÖZLƏR – VİDEO

Bahalı kremlərə ehtiyac yoxdur: 5 dəqiqədə hazırlanan təbii nəmləndirici

Bahalı kremlərə ehtiyac yoxdur: 5 dəqiqədə hazırlanan təbii nəmləndirici

İran MAQATE müfəttişlərinin nüvə obyektlərini yoxlamasına İCAZƏ VERDİ

İran MAQATE müfəttişlərinin nüvə obyektlərini yoxlamasına İCAZƏ VERDİ

Turistlərə pul paylayacaqlar: ölkəyə gələnlərə 250 dollar veriləcək

Turistlərə pul paylayacaqlar: ölkəyə gələnlərə 250 dollar veriləcək

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Müğənnilərin FANTASTİK toy qiyməti

Müğənnilərin FANTASTİK toy qiyməti

Kosmetoloqlarla dermatoloqlar ÜZ-ÜZƏ - Yayda lazer epilyasiyası olar, ya olmaz?

Kosmetoloqlarla dermatoloqlar ÜZ-ÜZƏ - Yayda lazer epilyasiyası olar, ya olmaz?

ABŞ-İran danışıqları TƏXİRƏ SALINDI

ABŞ-İran danışıqları TƏXİRƏ SALINDI

Popkorn azmış kimi, üstünə bu zərərli qatqıları da ƏLAVƏ EDİRİK

Popkorn azmış kimi, üstünə bu zərərli qatqıları da ƏLAVƏ EDİRİK

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

End of content

No more pages to load

RADİO