Bir müddət əvvəl sosial şəbəkələrdə motosikletçini küləkdən qoruyan avtomobil sürücüsünün yayılan görüntüləri böyük marağa səbəb olub.
Bizim.Media xəbər verir ki, İTV-də səhər proqramının qonağı olan Həmid Quluzadə adlı bu sürücü küləkli havada hərəkət etməkdə çətinlik çəkən motosikletçini necə qoruduğundan danışıb.
Onun verdiyi məlumata görə, hadisə Hövsan yolunda baş verib.
O, motosikletçini əsən güclü küləkdən qorumaq üçün avtomobili ilə onu mənzil başına çatana qədər təqib edib. Həmidin dediyinə görə, bu hərəkəti o, ilk dəfə etmir. Bundan əvvəl də daha iki nəfəri küləkli havada bu cür xilas edib.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media