Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib - FOTO

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4. 4a. 15q. və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 16-da baş tutan açılış mərasimində iştirak edən Leyla Əliyeva tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib, həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.

Qeyd edək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. 

Eyni zamanda, həyətyanı sahələrdə beş söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb.

Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.

Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 1680 ağac, 19 min 256 kol bitkisi əkilib, 8549 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Məlumat üçün bildirək ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 152 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Xüsusi olaraq qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi “IDEA” İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.
































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Magistratura imtahanında bu ali məktəbin məzunları LİDER OLDU

Magistratura imtahanında bu ali məktəbin məzunları LİDER OLDU

Malayziya səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı - FOTO

Malayziya səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı - FOTO

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

Gömrük Komitəsinin İdarə rəisi İŞDƏN ÇIXARILDI - FOTO

Gömrük Komitəsinin İdarə rəisi İŞDƏN ÇIXARILDI - FOTO

Ötən tədris ilində 200 tələbə dünyasını dəyişib

Ötən tədris ilində 200 tələbə dünyasını dəyişib

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Bakıda saxlanılan Rusiya vətəndaşlarına HÖKM OXUNDU

Bakıda saxlanılan Rusiya vətəndaşlarına HÖKM OXUNDU

11-ci siniflərdə lider rayonlar AÇIQLANDI: Ən yüksək və ən aşağı nəticələr

11-ci siniflərdə lider rayonlar AÇIQLANDI: Ən yüksək və ən aşağı nəticələr

513 “əlaçı” qəbul imtahanında 200-dən az bal TOPLAYIB

513 “əlaçı” qəbul imtahanında 200-dən az bal TOPLAYIB

End of content

No more pages to load

RADİO