2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmovun anası dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Şəhidin anası Mahirə xanım Naxçıvanda vəfat edib.
Qeyd edək ki, MAHHXHQ Məhərrəmov Mais Füzuli oğlu 1982-ci ildə Şahbuz rayonunda anadan olub. O, 2023-cü ilin sentyabrın 20-si şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bizim.Media