60 mindən çox insanın ÜMİD YERİ - Onkoloji xəstələr tibbi sığortadan nə zaman yararlanacaq?

Ümumdünya Səhiyyə Təşkilatı 2025-ci ilə qədər dünyada xərçəng xəstələrinin sayının artaraq 20 milyona çatacağını proqnozlaşdırır.

Ötən illərlə müqayisədə Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. 2022-ci ilin rəsmi rəqəmlərinə görə, ölkəmizdə 62385 onkoloji xəstə qeydiyyatdadır. Dünyanın bəlasına çevrilən xəstəliklə müxtəlif mübarizə tədbirləri aparılır. Həmişə müalicə tələb edən xəstəliyin müayinə və müalicə xərcləri çox, dərman preparatlarının qiyməti yüksəkdir. Ona görə də bir çox ölkədə xərçəngdən yaxasını qurtarmaq istəyənlərə müəyyən güzəştlər tətbiq edilir, onların müalicə xərclərini dövlət qarşılayır.

Qonşu Gürcüstanda bu ildən bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, gəliri və sığortasından asılı olmayaraq bu xəstələrin müalicəsini dövlət öz üzərinə götürür.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda xərçəngin sürətlə artmasına səbəb qohum evlilikləridir”- Professordan ŞOK AÇIQLAMA


Azərbaycan vətəndaşlarının isə tibb sahəsində ən çox şikayət etdikləri, müalicəyə görə yüksək məbləğdə pul xərclədikləri sahə onkologiyadır. 2006-cı ildə qəbul edilən “Onkoloji yardım haqqında” Qanunla hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyi göstərilsə də, buna görə xəstələrdən pul tələb olunur. Vətəndaşlar qan analizlərinə, əməliyyatlara, kimyaterapiyaya xeyli pul xərcləyirlər. Pulun məbləği də hər il artır. Hazırda xəstələrin dediyinə görə, bir aya dövlət xəstəxanalarında onların müalicəsinə 1500 manatdan çox pulları çıxır. Hər il onkoloji xəstəliklə mübarizə üçün dövlət büdcəsindən pul ayrılır.

Ötən il və bu ilin əvvəlində onkoloji xəstəliklərlə bağlı tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi müzakirə mövzusu olmuşdu. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bunun üçün müvafiq qurumlarla müzakirə aparıldığı bildirilmişdi. Milli Məclisdə də bu mövzuya toxunulub, müəyyən təkliflər edilmişdi.

Bəs bununla bağlı, nəhayət, müsbət addım atılması gözlənilirmi? Bu xəstəliyin icbari sığorta paketinə salınması və müalicəsinin dövlət hesabına aparılmasına nə mane olur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Müşfiq Məmmədli deyib ki, bunun üçün müəyyən vəsait lazımdır:

“Bu xəstəliyin icbari tibbi sığortaya tamamilə və mərhələli keçid məsələsinə gəldikdə burada icbari tibbi sığorta fondu üçün müəyyən bir maliyyə yükü var. O maliyyə yükünün əhatə olunması üçün İcbari Tibbi Sığorta Fondunda vəsait lazımdır. İndiki vəsait müəyyən xəstəliklər olan xdimətlər zərfini əhatə edir. O vəsaitlə biz indiki xidməti qura bilirik. Vəsaitin miqdarı artdıqca bunu etmək mümkündür. 

İcbari Tibbi Sığorta Fondunda bu vəsaitin miqdarının artmasından ötrü əmək müqavilələri olan şəxslər öz aldıqları maaşdan, həmçinin işləyən şəxsləri işlə təmin edən müəssisələr üçün qanunvericilikdə müəyyən ayırmalar var. Həmin o ayırmaların hesabına biz ildən-ilə artımın şahid oluruq. Milli Məclisin Səhiyyə Komitəsində də, plenar iclasda da bu məsələlər qaldırıldı, müzakirlər aparıldı. İcbari Tibbi Sığrta üzrə Dövlət Agentliyindən verilən məlumat odur ki, bu nəzərədə tutulub. Ümumiyyətlə, strateji məqsəddə bu nəzərdə var”.

Milli Məclisin üzvü hesab edir ki, sözügedən məsələ ilə bağlı növbəti ildə müəyyən irəliləyişləri görə biləcəyik:

“Amma bunun üçün təkrar edirəm ki, maliyyə vəsaitləri kifayət qədər toplanmalıdır ki, icbari tibbi sığorta fondunda həmin o vəsaitlər hesabına olunsun. Hazırda bu proses dövlət proqramı ilə tənzimlənir. Biz tamamilə xidmətlər zərfinə daxil olmasını gözləyirik. Bunun üçün də zamana ehtiyac var. 

Onkoloji xəstələrə tibbi yardımın dövlət tərərfindən tənzimlənməsi barədə dövlət proqramı var və həmin o dövlət proqramında vəsait nəzərdə tutulub. Proseslər o çərçivədə aparılır. İcbari tibbi sığorta modelində isə tamamilə fərqlidir. Orada artıq hər bir xidmətə görə icbari tibbi sığorta fondundan ödənişlər nəzərdə tutulur. Onun üçün bir az zamana ehtiyac var ki, icbari tibbi sığorta fondunda o vəsait dediyimiz xidmətləri ödəmək iqtidarında olsun”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Magistratura imtahanında bu ali məktəbin məzunları LİDER OLDU

Magistratura imtahanında bu ali məktəbin məzunları LİDER OLDU

Malayziya səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı - FOTO

Malayziya səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı - FOTO

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

Gömrük Komitəsinin İdarə rəisi İŞDƏN ÇIXARILDI - FOTO

Gömrük Komitəsinin İdarə rəisi İŞDƏN ÇIXARILDI - FOTO

Ötən tədris ilində 200 tələbə dünyasını dəyişib

Ötən tədris ilində 200 tələbə dünyasını dəyişib

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Bakıda saxlanılan Rusiya vətəndaşlarına HÖKM OXUNDU

Bakıda saxlanılan Rusiya vətəndaşlarına HÖKM OXUNDU

11-ci siniflərdə lider rayonlar AÇIQLANDI: Ən yüksək və ən aşağı nəticələr

11-ci siniflərdə lider rayonlar AÇIQLANDI: Ən yüksək və ən aşağı nəticələr

513 “əlaçı” qəbul imtahanında 200-dən az bal TOPLAYIB

513 “əlaçı” qəbul imtahanında 200-dən az bal TOPLAYIB

Kitabxanaçıların attestasiyası hansı qaydada aparılacaq? – RƏSMİ MƏLUMAT

Kitabxanaçıların attestasiyası hansı qaydada aparılacaq? – RƏSMİ MƏLUMAT

End of content

No more pages to load

RADİO