Hərbi Qənimətlər Parkı - tarixin dili onunla bağlı yaradılan eksponatlar, illüziyalardır - FOTO

Azərbaycanın Vətən müharibəsində qazandığı haqlı Qələbəsini həzm edə bilməyən bəzi xarici qüvvələr hələ də min bir bəhanə ilə dövlətimizin imicini ləkələməyə cəhd göstərirlər. Belə cəhdlərdən biri də 44 günlük müharibədən Qələbə ilə çıxan Hərbi Qənimətlər Parkının yaradılmasına qarşı aparılan çirkin kampaniyadır.
 

Ancaq tarixən dünya praktikasında bu cür muzey və parkların yaradılması mövcuddur. Bu da təbii və məntiqlidir, hər bir xalq öz milli qürurunu, haqlı mübarizəsini nümayiş etdirməyə, gələcək nəsillərə ötürməyə yönəlik muzey və parkların yaradılmasında haqlıdır.


Bir ölkənin, şəhərin tarixi onun muzeylərində həkk olunur və bu muzeylər vasitəsilə lazımi informasiyalar gələcək nəsillərə ötürülür. Məsələn, Kiyev - Böyük Vətən müharibəsində alman faşistlərinə qarşı amansız mübarizə aparan, ən qızğın döyüşləri görmüş şəhər.

Kiyevin rəmzinə çevrilən İkinci Dünya müharibəsi dövrünə aid Ukrayna Milli Tarixi Muzeyi Memorial Kompleksini. Dnepr çayının aşağı sahilində 10 hektar ərazidə yerləşən bu muzey Kiyevə gələn qonaqların və ölkə vətəndaşlarının ən çox ziyarət etdiyi məkanlardan biridir. İl ərzində muzeyi təxminən 22 milyona yaxın insan ziyarət edir.

Burada 400 mindən çox eksponat saxlanılır. Muzeydə faşizm üzərində Qələbənin qazanılması və Ukraynanın faşist işğalçılarından azad olunması ilə bağlı kifayət qədər eksponatlar var. O cümlədən məhv edilmiş və əsir götürülmüş alman faşistlərindən yığılan dəbilqələr (kaskalar), alman faşistlərinin illüziyaları muzeyin bəzəyidir.

Digər bir fakt - Minsk şəhərinə gələn əcnəbilərin ziyarət etdikləri ilk məkanlardan biri olan Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyini göstərmək olar. Bu muzey 1944-cü il oktyabrın 22-də Minskdəki Azadlıq meydanında, müharibə illərində ziyan görməmiş Həmkarlar Evində fəaliyyətə başlayıb. 2014-cü ildə isə hazırda muzeyin yerləşdiyi yeni Memorial Kompleksin açılışı olub.

Burada Böyük Vətən müharibəsi illərində istifadə olunan silah-sursat, texnika və digər maraqlı eksponatlar sərgilənir. Bu gün İkinci Dünya müharibəsi ilə bağlı dünyanın ən nəhəng, zəngin muzeyi sayılan bu məkanda Moskva, Kiyev, Minsk və digər şəhərlərdən toplanmış müharibə eksponatları nümayiş etdirilir.

Muzeydə Böyük Vətən müharibəsi illərinin hərb tarixinə aid çox dəyərli eksponatlar saxlanılır. Ümumilikdə 10 ekspozisiya zalı və 4200 kvadratmetr sahəni əhatə edən muzeydə 8 mindən çox ekspozisiya materialı var.
 

Fondu 28 kolleksiya və 144 mindən çox müxtəlif əşyalardan, o cümlədən foto, sənəd, məktub və Böyük Vətən müharibəsi iştirakçılarının şəxsi əşyalarından ibarət muzey daimi olaraq yeni eksponatlarla zənginləşdirilir. Bu muzeydə də düşmənə məxsus eksponatlar kifayət qədər çoxdur.


Tarix canlı deyil ki, olanları gələcək nəsillərə çatdırsın. Tarixin dili onunla bağlı yaradılan eksponatlar, illüziyalardır. İndi Azərbaycan Hərbi Qənimətlər Parkını yaratmaqla hansı günah işi görüb ki, ermənilərin “konyak diplomatiyası”nın təsiri altında olan bəzi xarici qüvvələr “insan haqları” carçısı qismində səs-küy yaradırlar?

Bu gün Ermənistanda və bəzi xarici qüvvələrin böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. (azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlar da doğma yurdlarına qayıdırlar – FOTO

Onlar da doğma yurdlarına qayıdırlar – FOTO

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

Qadın futbolunda ilin ən yaxşı qol müəllifi BƏLLİ OLDU

Qadın futbolunda ilin ən yaxşı qol müəllifi BƏLLİ OLDU

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Rusiyadan gətirilən bioloji aktiv qida məhsulunun normativ tələblərə cavab vermədiyi AŞKARLANDI - FOTO

Rusiyadan gətirilən bioloji aktiv qida məhsulunun normativ tələblərə cavab vermədiyi AŞKARLANDI - FOTO

"Mançester Siti"nin hücumçusu mövsümü BAŞA VURDU

"Mançester Siti"nin hücumçusu mövsümü BAŞA VURDU

Süni intellekt xərçəng müalicəsini FƏRDİLƏŞDİRİR

Süni intellekt xərçəng müalicəsini FƏRDİLƏŞDİRİR

“Bütün qızlar evli-eşikli oğlana ərə getmək istəyirlər” - VİDEO

“Bütün qızlar evli-eşikli oğlana ərə getmək istəyirlər” - VİDEO

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

İlin rəmzi komandasında hansı futbolçular var?

İlin rəmzi komandasında hansı futbolçular var?

Britaniya Ukraynaya PUA tədarükü üçün 700 milyon avro AYIRACAQ

Britaniya Ukraynaya PUA tədarükü üçün 700 milyon avro AYIRACAQ

İş elanlarında namizədə çəki, boy və bədən ölçüsünün tələbi düzgündür? - VİDEO

İş elanlarında namizədə çəki, boy və bədən ölçüsünün tələbi düzgündür? - VİDEO

İnsanların yaşlandıqca daha tez oyanmasının səbəbi bilindi - ARAŞDIRMA

İnsanların yaşlandıqca daha tez oyanmasının səbəbi bilindi - ARAŞDIRMA

Dünyada ilin ƏN YAXŞI qadın futbolçusu o oldu

Dünyada ilin ƏN YAXŞI qadın futbolçusu o oldu

Rəqsanə ayrıldığını AÇIQLADI: “Fazillə hər şey bitib” - VİDEO

Rəqsanə ayrıldığını AÇIQLADI: “Fazillə hər şey bitib” - VİDEO

Şəkidə qonşu qadınlar arasında DAVA: İş məhkəmədə yekunlaşdı

Şəkidə qonşu qadınlar arasında DAVA: İş məhkəmədə yekunlaşdı

Tehranda bina çökdü, dağıntılar altında qalanlar var

Tehranda bina çökdü, dağıntılar altında qalanlar var

Leyla Əliyeva əkizləri ilə - FOTO

Leyla Əliyeva əkizləri ilə - FOTO

Putinin Türkiyəyə səfəri GÖZLƏNİLİR

Putinin Türkiyəyə səfəri GÖZLƏNİLİR

Murad Dadaşovun fiziki məhdudiyyətli işçisi ilə rəqsi diqqət çəkdi - VİDEO

Murad Dadaşovun fiziki məhdudiyyətli işçisi ilə rəqsi diqqət çəkdi - VİDEO

Balakəndəki qəzada xəsarət alanlardan daha biri öldü

Balakəndəki qəzada xəsarət alanlardan daha biri öldü

Brendon Rocers ərəb klubunun baş məşqçisi TƏYİN OLUNDU - FOTO

Brendon Rocers ərəb klubunun baş məşqçisi TƏYİN OLUNDU - FOTO

ABŞ Britaniya ilə 41,6 milyard dollarlıq sazişi LƏĞV ETDİ

ABŞ Britaniya ilə 41,6 milyard dollarlıq sazişi LƏĞV ETDİ

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edildi - FOTO/VİDEO

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO