Hüseynbala Mirələmovun görüntüsünü yayanı 3 il həbs gözləyir – VƏKİL

Sabiq deputat, yazıçı və Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün yayılan videosu rezonans doğurub. Görütülərdə onlayn iclas zamanı keçmiş deputatın gənc xanıma qarşı qeyri-etik hərəkətləri əks olunub. 76 yaşlı ahıl kişinin bu hərəkəti ciddi müzakirələr yaradıb və birmənalı qarşılanmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Hüseynbala Mirələmov vəzifəsindən azad edildi - TƏCİLİ


Biabırçı hadisənin hansı toplantıda baş verməsi hələki açıqlanmır. Söyləntilərə görə görüntülər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) elmi şurasının onlayn toplantısında qeydə alınıb. Universitet rəsmiləri isə bunu inkar edir. İstənilən halda Hüseynbala Mirələmovla bağlı videonun onlayn iclasda iştirak edənlərdən biri tərəfindən bilərəkdən ictimailəşdirildiyi ehtimal olunur. 

Maraqlıdır, məlum görüntünü sosial şəbəkələrdə yayınlayanı hansı məsuliyyət gözləyir?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında məlum videoda şəxsi həyata müdaxilə elementlərinin olduğunu deyib:

“Görüntünün ictimailəşməsi ilə bağlı şikayət olarsa, bu, hüquqi qiymətini ala bilər. Şəxs hesab edə bilər ki, hüquqları pozulub. Şəxsi həyata müdaxilə isə qanunla cinayət məsuliyyəti yaradır.

Orada 3 ilə qədər həbs cəzası da var. Ancaq bu, araşdırmanın predmeti ilə müəyyən oluna bilər. Hüseynbala Mirələmov əslində ictimai yerdə olub və bilirdi ki, hamı ona tamaşa edir. Eyni zamanda da bu, “ZOOM” proqramına yazılır.  Hansı məqsədlə bu görüntü ictimailəşibsə, araşdırılmalıdır.
 

Ola bilsin ki, işin motivində şəxsi alçaltmaq və ona qarşı qınaq yaratmaq məqsədi dayanır. O zaman bu əməl hüquqi məsuliyyət yarada bilər.  Hətta qapalı məkanda keçirilən iclas zamanı yayılan görüntü orada iştirak edənlərin razılığı ilə olmalıdır. Amma Hüseynbala Mirələmovla bağlı görüntüdə şəxsi həyata müdaxilənin elementləri var”.


Qeyd edək ki, Hüseynbala Mirələmov insidentdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən öz ərizəsi ilə işdən azad olunub. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

End of content

No more pages to load

RADİO