Sabah Ramazan ayının doqquzuncu günüdür.
Bizim.Media bildirir ki,Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 22-də imsak vaxtı saat 04:15-də, iftar vaxtı isə 19:41-dədir.
Aprelin 22-si üçün namaz vaxtları:
Sübh azanı 04:25
Zöhr azanı 12:39
Əsr azanı 17:27
Məğrib azanı 19:41
İşa azanı 20:48
Doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.
Tərcüməsi: “İlahi, bu ayda mənə geniş mərhəmətindən pay ver. Öz açıq-aşikar dəlil-sübütlarınla yol göstər. Səni razı salacaq bütün şeylərə doğru məni apar, öz məhəbbətin xatirinə, Ey arzusu olanların pənahı”.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.
Allah orucunuzu qəbul etsin!
Bizim.Media


