Sürücülərə XƏBƏRDARLIQ - Bu qaydanı pozanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “sarı tor”un üzərində dayanıb sıxlıq yaradan sürücülərə müraciət edib. 

Bu barədə Bizim.Media-ya mərkəzdən məlumat verilib. 

Bildirilib ki, sürücülər səbirsizlik edib svetoforun son saniyələrini gözləmirlər, yolun ortasında qalıb digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar: 

"Paytaxtın əksər küçə və prospektlərində bəzi sürücülərin bir neçə saniyə irəli düşmək istəyi, əsasən də mərkəzi küçə və prospektlərdə sıxlığın yaranmasına səbəb olur. Sürücülər svetoforun yaşıl işığının bitməsinə 1-2 saniyə qalmış hərəkət edərək kəsişmələrin ortasında, “sarı tor”un üzərində dayanıb sıxlıq yaradırlar. Xüsusilə də axşam saatlarında yollarda yaranan sıxlığı daha da artıran bu cür sürücülərin qaydalara əməl etməməsi diqqətdən kənarda qalmır.

Müşahidə kameralarının görüntüləri əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hərəkətin intensivliyini artırmaq və sıxlığın qarşısını almaq üçün yol polisi ilə birgə mütəmadi tədbirlər görülür. Belə sürücülərə müraciət edərək bildiririk ki, yollarda sıxlığın yaranmaması bir çox hallarda hər birimizdən asılıdır". 
"Müşahidələr göstərir ki, svetoforun son saniyələrini gözləməyib “irəli düşüm prinsipi ilə” kəsişməyə daxil olan sürücülər özləri də vaxt itkisi ilə qarşılaşırlar.

Belə qayda pozan sürücülərin nəzərinə çatdırırıq ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub", - məlumatda qeyd olunub. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada kişi hovuzu təmir edərkən yandı

Zaqatalada kişi hovuzu təmir edərkən yandı

“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

Merilin Monronun gözəllik sirləri – buzlu vanna, vazelin və...

Merilin Monronun gözəllik sirləri – buzlu vanna, vazelin və...

İyulun əvvəlində Günəş “görünməz” olacaq

İyulun əvvəlində Günəş “görünməz” olacaq

Almaniyada DƏHŞƏTLİ QƏZA – Qatar körpüdən aşdı – VİDEO

Almaniyada DƏHŞƏTLİ QƏZA – Qatar körpüdən aşdı – VİDEO

Təzadlı Ziqmund Freyd: Onunla bağlı sənədlərə niyə 2056-cı ilə qədər qadağa qoyulub?

Təzadlı Ziqmund Freyd: Onunla bağlı sənədlərə niyə 2056-cı ilə qədər qadağa qoyulub?

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

SON DƏQİQƏ! İran ABŞ-la danışıqlara başlamaqdan İMTİNA ETDİ

SON DƏQİQƏ! İran ABŞ-la danışıqlara başlamaqdan İMTİNA ETDİ

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Kimlər qan üçün donor ola bilməz?

Kimlər qan üçün donor ola bilməz?

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Rodriqo Fernandeş “Sabah”da

Rodriqo Fernandeş “Sabah”da

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

Çaya düşən avtomobildən yaşlıları belə xilas etdilər – ANBAAN VİDEO

Çaya düşən avtomobildən yaşlıları belə xilas etdilər – ANBAAN VİDEO

Niyə 32 dişimiz var?

Niyə 32 dişimiz var?

Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Yol vermədiyinə görə müğənninin maşınına hücum çəkdilər – VİDEO

Yol vermədiyinə görə müğənninin maşınına hücum çəkdilər – VİDEO

End of content

No more pages to load

RADİO