31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə Quba Soyqırımı Memorial Kompleksi ağacəkmə kampaniyasına start verib.
Bu barədə kompleksin mətbuat katibi Abutalıb Turabov Bizim.Media-ya məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib.
“Biz də soyqırımının builki ildönümündə "Bir ağac, min nəfəs” aksiyasına başladıq. Aksiya Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin dəstəyi və köməkliyi ilə keçirilir.
Abutalıb Talıbov məlumat verdi ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhifəsində QR kod açılıb. Aksiyaya qoşulmaq istəyən hər kəs bu kod vasitəsilə 1 manat ödəniş etməklə qeydiyyatdan keçə bilərlər.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu