Qubada hamilə qadın dəm qazının qurbanı oldu.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhər sakini, 26 yaşlı Fidan Niftəliyeva hamamda çimərkən dəm qazından zəhərlənib və ölüb.
İkinci dəfə 5 aylıq hamilə olan 26 yaşlı gəlinin hamamdan çıxmadığını görən qayınanası onun cansız bədənini aşkarlayıb.
Faktı Quba rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.