Ucarda hərəkətdə olan avtomobil aşıb, xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı - Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Kürdəmir istiqamətində hərəkətdə olan "Land Rover" markalı minik avtomobili idarəetmədən çıxaraq arakəsməyə çırpılıb.
Qəza nəticəsində Bakı şəhər sakinləri 62 yaşlı Tamella Rəsul qızı Şıxəliyeva və 39 yaşlı Könül Zabil qızı Əsgərova təcili tibbi yardım avtomobili ilə Ucar Mərkəzi Ŕayon Xəstəxanasına aparılıb.
Onlara İlkin tibbi yardım göstərildikdən sonra Göyçay xəstəxanasına göndəriliblər.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu