Ələt-Astara avtomobil yolunda mikroavtobuslar toqquşub, xəsarət alanlar var.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Ələt-Astara avtomobil magistralının 56-cı kilometrliyində Salyan rayonu ərazisində mikroavtobuslar toqquşub.
Nəticədə bir-neçə nəfər xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Mikroavtobuslardan birində şirkətlərdən birinə məxsus işçilər olub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media