BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq.

BDU-dan Bizim.Media-ya bildirilib ki, bu barədə Elmi şuranın bugünkü iclasında qərar qəbul edilib.

İclasda bildirilib ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tarixi qərara imza ataraq, Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edib. BDU 105 il ərzində xalqımızın maariflənməsində, milli düşüncənin inkişafında, yüksəkixtisaslı kadrların yetişməsində mühüm rol oynayıb.

BDU-nun inkişafında yeni və mühüm mərhələ 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlanıb. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoyub. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə universitetin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, əməkdaşların ali dövlət mükafatları ilə təltif edilməsi BDU ailəsinin hər bir üzvü tərəfindən ehtiramla xatırlanır.

105 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yola davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Magistratura təhsilindən imtina EDƏNLƏR

Magistratura təhsilindən imtina EDƏNLƏR

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

"Azəriqaz"da yeni struktur YARADILDI

"Azəriqaz"da yeni struktur YARADILDI

Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO

Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO

SON DƏQİQƏ: İran Hörmüz boğazını yenidən BAĞLADI

SON DƏQİQƏ: İran Hörmüz boğazını yenidən BAĞLADI

İordaniya parlamentinin sədri Azərbaycana gəldi - FOTO

İordaniya parlamentinin sədri Azərbaycana gəldi - FOTO

Tramp Meloni ilə dostluqdan imtina etdi: “Xeyr, təşəkkürlər!” - FOTO

Tramp Meloni ilə dostluqdan imtina etdi: “Xeyr, təşəkkürlər!” - FOTO

İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi

İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi

“Neftçi” növbəti transferini etdi

“Neftçi” növbəti transferini etdi

Britaniyada siyasi gərginlik: 100-dən çox deputat Kir Starmerin istifasını tələb edir

Britaniyada siyasi gərginlik: 100-dən çox deputat Kir Starmerin istifasını tələb edir

"Hizbullah" gecə saatlarında irəliləyən İsrail hərbçilərini vurdu

"Hizbullah" gecə saatlarında irəliləyən İsrail hərbçilərini vurdu

Sorğu: Trampın İran siyasəti bəyənilmir!

Sorğu: Trampın İran siyasəti bəyənilmir!

İran ABŞ-ni danışıqları dayandırmaqla HƏDƏLƏDİ

İran ABŞ-ni danışıqları dayandırmaqla HƏDƏLƏDİ

End of content

No more pages to load

RADİO