Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb.
Qəza nəticəsində 1965-ci il təvəllüdlü Bəsti Ələkbərova, 1988-ci il təvəllüdlü Məqsəd Məmmədov və daha bir nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, xəsarət alanlar xəstəxanaya aparılıb.
Bizim.Media