Türkanda məktəbin həyəti sahibsiz itlərin məskəninə çevrilib – Direktorla icra hakimiyyəti ÜZ-ÜZƏ

Xəbər verdiyimiz kimi Türkan qəsəbəsində yerləşən Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində 5-ci sinif şagirdini it dişləyib. Ayaq və bud nahiyəsindən ciddi xəsarətlər alan azyaşlı ailəsinin köməyi ilə xəstəxanaya çatdırılıb və ona quduzluq əleyhinə peyvənd vurularaq evə buraxılıb. 

Hadisə ilə bağlı Bizim.Media-ya açıqlama verən Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli internat məktəbinin direktoru Kərim Dadaşov məktəbin həyətinə doluşan küçə itlərinin əlindən zara gəldiyini və onlarla mübarizə aparmaqda çarəsiz qaldığını deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkanda DƏHŞƏT - Məktəbin həyətində şagirdi it DİŞLƏDİ – Təcili yardım “bizlik deyil” DEDİ - ÖZƏL


Direktor dəfələrlə aidiyyəti qurumlara rəsmi müraciət etdiyini, amma qarşı tərəfdən heç bir tədbir görülmədiyindən qeyd edib:

“Bu itlər tək uşaqlara deyil, böyüklərə də hücum edir. Hər dəfə məktəbin həyətindən xeyli sayda küçə itləri çıxarırıq. Mən itlərin öhdəsindən gələ bilmirəm. Daha mən Xəzər Rayon İcra Hakimiyyətinə, Türkan bələdiyyəsinə müraciət etməkdən yorulmuşam. Kəsilə-kəsilə qalmışam. Nəinki uşaqlara, müəllimlərə də bu itlər hücum edir. Sadəcə 1921 nömrəsini verirlər. Dəfələrlə o nömrəni yığmışam, cavab verən də yoxdur”. 

Direktorun sözlərinə görə internat məktəblərində yemək qalıqlarının atıldığı yeri itlər yem yeri bilirlər. Ona görə də məktəbin həyətinə küçə itləri doluşur:

“Məcbur olub Elm və Təhsil Nazirliyinə məktub ünvanlamışam ki, təhsil müəssisəsinin həyətinə ağzı qapalı zibil yeşiyi qoyulsun. Oradan isə daşınsın. Bəlkə bu yolla itlərin sayını azalda bilərik. Nə qədər ki, burada itlər sürü ilə gəzəcək, o qədər təhlükə qaçılmazdır. Bilirsiz ki, iti vurmaq olmaz, ona da cərimə düşür. Bəs mən edim? Siz yol göstərin... Artıq tapşırıq vermişəm ki, uşaqları həyətə çıxarmasınlar, qoy elə məktəbin içərisində qalsınlar. Bu da düzgün deyil axı...Onlar da hava qəbul etməlidirlər. Problemin tez bir zamanda çözülməsini istəyirəm. Xahiş edirəm, sürü ilə gəzən sahibsiz itlərin buradan uzaqlaşdırılmasında bizə kömək olun”, - deyə direktor cavabdeh şəxslərə səslənib. 

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov Bizim.Media-ya açıqlamasında bildirib ki, icra hakimiyyətinin tərkibində sahibsiz itlərin küçədən yığışdırılması ilə məşğul olan şöbə yoxdur:

“İcra hakimiyyəti sahibsiz heyvanları yığmır. Direktor rəsmi bizə müraciət etməyib, sadəcə ötən gün mənə zəng etdi və özünə də bildirdim ki, bu işlə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi məşğul olur. Bütün respublika isə o mərkəzin nömrəsini bilir və direktorun özünə də vermişəm. Ayrıca, “Toplan” Mərkəzi ilə danışdıq, bildirdilər ki, hazırda Buzovna qəsəbəsində işləyirlər, bitən kimi Türkana gedəcəklər. Respublikada yeganə sahibsiz itləri toplaya bilən mərkəz “Toplan”dır. Yəni icra hakimiyyətinin gedib sahibsiz iti ya tutmağa, ya da öldürməyə ixtiyarı yoxdur”.

Türkan qəsəbə bələdiyyəsinin sədri Böyükağa Yarıyev də sahibsiz itlərlə mübarizədə elə direktorun özünü qınayıb:

“Bunun üçün xüsusi mərkəz var. Kərim müəllim bir zəhmət o mərkəzin telefon nömrələrinə yığsın və problem həll olunsun. Biz dəfələrlə kəndin içində, harada küçə iti gördüksə, “Toplan”la əlaqə saxlayırıq və gəlib itləri ərazidən götürürlər. Bir dəfə elə internatın həyətindən də özüm sahibsiz itləri yığdırmışam. Kərim müəllim özü məgər “Toplan”a yığa bilmir? Özü həll etmir, bələdiyyə nə etsin? Çox nahaq yerə Kərim müəllim bələdiyyənin və icra hakimiyyətinin adını çəkir. O ki qaldı rəsmi müraciətlərinə, bizə heç bir məktub gəlməyib. Elədirsə, o rəsmi müraciətləri göstərsin”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Magistratura təhsilindən imtina EDƏNLƏR

Magistratura təhsilindən imtina EDƏNLƏR

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

"Azəriqaz"da yeni struktur YARADILDI

"Azəriqaz"da yeni struktur YARADILDI

Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO

Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO

SON DƏQİQƏ: İran Hörmüz boğazını yenidən BAĞLADI

SON DƏQİQƏ: İran Hörmüz boğazını yenidən BAĞLADI

İordaniya parlamentinin sədri Azərbaycana gəldi - FOTO

İordaniya parlamentinin sədri Azərbaycana gəldi - FOTO

Tramp Meloni ilə dostluqdan imtina etdi: “Xeyr, təşəkkürlər!” - FOTO

Tramp Meloni ilə dostluqdan imtina etdi: “Xeyr, təşəkkürlər!” - FOTO

İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi

İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi

“Neftçi” növbəti transferini etdi

“Neftçi” növbəti transferini etdi

Britaniyada siyasi gərginlik: 100-dən çox deputat Kir Starmerin istifasını tələb edir

Britaniyada siyasi gərginlik: 100-dən çox deputat Kir Starmerin istifasını tələb edir

"Hizbullah" gecə saatlarında irəliləyən İsrail hərbçilərini vurdu

"Hizbullah" gecə saatlarında irəliləyən İsrail hərbçilərini vurdu

Sorğu: Trampın İran siyasəti bəyənilmir!

Sorğu: Trampın İran siyasəti bəyənilmir!

İran ABŞ-ni danışıqları dayandırmaqla HƏDƏLƏDİ

İran ABŞ-ni danışıqları dayandırmaqla HƏDƏLƏDİ

End of content

No more pages to load

RADİO