Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan Akif Mahmudov dəfn olundu – YENİLƏNİB/FOTO

1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi başa çatıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, mərasim Sumqayıt şəhərinin Ceyranbatan bağları adlanan ərazisində - mərhumun ailəsinin yaşadığı evdə keçirilib. 

Vidada Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Rahim Mustafayev, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Mərasim başa çatandan sonra mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub. 

*** 12:55

1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi keçirilir. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, mərasim Sumqayıt şəhərinin Ceyranbatan bağları adlanan ərazisində - mərhumun ailəsinin yaşadığı evdə təşkil olunub. 

Vidada Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Rahim Mustafayev, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Mərasim başa çatandan sonra mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq. 

Qeyd edək ki, A.Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci il fevralın 26-da itkin düşüb. Ailəli idi. 2 övladı yadigar qalıb. 

Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi insan qalıqları aşkarlanıb. 
Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə həyata keçirdiyi baxış-istintaq hərəkəti və aparılan müayinə nəticəsində aşkarlanan insan qalıqlarının ən azı 18 nəfərə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib. 

Ekspertiza zamanı kütləvi məzarlıqda basdırılanlardan birinin Mahmudov Akif Seydulla oğlu təsdiqlənib. 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Zeynəb Xanlarova övladları ilə - FOTO

Zeynəb Xanlarova övladları ilə - FOTO

Braziliyalı qapıçı “Zirə”də

Braziliyalı qapıçı “Zirə”də

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

End of content

No more pages to load

RADİO