Martın 26-da Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynov yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
Mənbə yazır ki, nəticədə o, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media