Gəncədə avtomobil 69 yaşlı piyadanı xəstəxanalıq edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1955-ci il təvəllüdlü Şöhrət İbrahimovu vurub.
Piyada dərhal xəstəxanaya çatdırılıb. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu