Tovuz rayonunda intihar hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Tovuzun Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev özünü asıb. İntiharın səbəbi məlum deyil.
Qeyd edək ki, P. Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsi olub. O, AzDBTİA-da futbol ixtisası üzrə təhsil alırmış.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media