Göygöldə iki azyaşlı dəm qazından zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl şəhərinin Məhmməd Əmin Rəsulzadə küçəsində baş verib.
Bu ünvanda yaşayan 2013-cü il təvəllüdlü Nuray Atayeva və onun bacısı 2017-ci il təvəllüldü Sunay Atayeva zəhərlənmə diaqnozu ilə xəstəxanya yerləşdiriblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə bacılar yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu