BİZİM TƏQVİM: 27 mart tarixində dünyada nələr baş verib?

Bu gün Azərbaycan Elmlər Akademiyasının yaradılmasının ildönümüdür. 1945-ci il martın 27-də təsis edilən Azərbaycan Elmlər Akademiyasının ilk rəhbəri, görkəmli cərrah, professor Mirəsədulla Mirqasımov olub. Elə həmin günlərdə Üzeyir Hacıbəyli, Səməd Vurğun, Mirzə İbrahimov, Yusif Məmmədəliyev, Mirəli Qaşqay və başqaları akademiyanın həqiqi üzvü seçiliblər.

Bəs, 27 martda dünyada daha hansı hadisələr baş verib?

1. 1941-ci ilin 27 mart tarixində Yuqoslaviyada general Duşan Simoviç qansız çevrilişlə hakimiyyəti ələ keçirdi və yeni hökumət II Dünya müharibəsində Müttəfiq Dövlətlər blokuna qarşı yaradılan Axın Dövlətlər blokundan ayrılma qərarı verdi.

2. 1964-cü ilin 27 mart tarixində Prezident Makariosun ikinci Türk nazirini də vəzifədən kənarlaşdırması təzyiqi yüksəldib. Makarios Rauf Denktaşın da adaya daxil olmasını qadağan edib.

3. 1976-cı ilin 27 mart tarixində Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında müdafiə sahəsində əməkdaşlığa dair müqavilə bağlanıb. Müqaviləyə əsasən, Amerika Birləşmiş Ştatlarına Türkiyədə  hərbi baza qurmasına icazə veriləcəkdi, ABŞ da Türkiyəyə 15 milyard dollar vəsait verəcəkdi.

4. 27 mart 1977-ci ildə aviasiya tarixinin ən böyük qəzası sayılan Tenerife faciəsi baş verib. Uçmaq üzrə olan iki sərnişin təyyarəsinin toqquşması nəticəsində meydana gələn qəzada 575 adam ölüb, 70 nəfər yaralanıb.

5. 27 mart bütün dünyada Beynəlxalq Teatr Günüdür. 1961-ci ildə Avstriyanın paytaxtı Vyanada UNESCO nəzdindəki Beynəlxalq Teatr İnstitutunun IX konqresində bu qərar qəbul edildi və o tarixdən bu yana 48 ölkədə hər il 27 mart Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

6. 1992-ci ilin 27 fevralında Azərbaycan Respublikası Misir, Kuba və Filippinlə diplomatik əlaqələr qurub..

7. 27 fevral 2022-ci ildə Xocalı rayonunun Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

8. Qədim inanclara görə Xoşbəxtlik ulduzu məhz 27 mart tarixində parlar və dünyaya xoşbəxtlik saçar.

27 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Görkəmli alman fiziki Vilhem Konrad Rentgen 1845-ci ilin bu günü dünyaya gəlib. Qamma şüalanmaları vahidi bu alimin şərəfinə rentgen adlanır. 

2. Dünyaşöhrətli violençel ifaçısı, dirijor və ictimai xadim Mstislav Rastropoviç 1927-ci ilin 27 martında Bakıda anadan olub.

3. 27 mart 1945-ci ildə Türkiyədə “Serveti-Fünün” və cümhuriyyət dövrünün tanınmış ədəbi simalarından olan Halit Ziya Uşaklıgil vəfat edib.

4. Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Əməkdar artist Səməndər Rzayev 1986-cı ilin bu günündə 41 yaşında dünyasını dəyişib.

5. 1968-ci ilin 27 mart tarixində dünyanın ilk kosmonavtı Yuri Qaqarin 34 yaşında vəfat edib.

6. Azərbaycan bəstəkarı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent, Əməkdar incəsənət xadimi, müxtəlif janrlarda, o cümlədən caz, pop musiqisində mahnı və musiqilərin müəllifi Vaqif Gərayzadə 27 mart 1961-ci ildə anadan olub. 

7.  Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 84 yaşında vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Zeynəb Xanlarova övladları ilə - FOTO

Zeynəb Xanlarova övladları ilə - FOTO

Braziliyalı qapıçı “Zirə”də

Braziliyalı qapıçı “Zirə”də

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

End of content

No more pages to load

RADİO