Goranboy rayonunda güclü külək bəzi fəsadlar törədib.
Bizim.Media report-a istinadən xəbər verir ki, günün ikinci yarısından başayaraq əsən güclü külək səbəbindən Goranboy rayon Boluslu, Məşədiqaralar, Eyvazlılar və daha bir necə kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Həmçinin Goranboy-Ağcakənd yol kənarında və İrəvanlı kəndində bir neçə ağac aşıb.
Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.
Bizim.Media