Ötən gün güclü geomaqnit qasırğası qeydə alınıb – FOTO  

2024-cü il 23 mart tarixində 3614 nömrəli Günəş ləkəsinin fəallığı nəticəsində X1.1 (güclü R3) alışması baş verib. Bu mürəkkəb plazma atılmasının pik həddi Bakı vaxtı ilə saat 05:33-ə təsadüf edib. Eyni zamanda 3615 ləkəsindən alışma baş verib. Adıçəkilən fəal törəmələrin alışması asimmetrik tac kütlə atılması ilə nəticələnib. Tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində martın 24-də güclü geomaqnit qasırğası qeydə alınıb. 

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Bizim.Media-ya verilən məlumata görə, geomaqnit qasırğasının loqarıfmik indeksini göstərən Kp əmsalının maksimal qiyməti 8.333 olub.

Bu qiymət G4 səviyyəli geomaqnit qasırğasına uyğundur. Qeyd etmək lazımdır ki, martın 24-ü səhər saatlarında yüksək sürətli axınların (Coronal Hole High Speed Stream - CH HSS) təsiri altında G1-G2 səviyyəli (Kp=5,6) geomaqnit qasırğası qeydə alınmaqda idi.
İlkin olaraq şəraitin stabilləşəcəyi proqnozlaşdırılsa da, gözlənilmədən Bakı vaxtı ilə saat 18:37-də qəfil impulsun təsiri nəticəsində yenidən G2 səviyyəli qasırğa qeydə alınıb, saat 20:28-də isə kosmik hava şəraitində həyəcanlaşma pik həddinə çataraq G4-ə yüksəlib. 

Hazırda Günəş küləyi parametrləri yüksək səviyyədə qalmaqdadır. Martın 23-də baş vermiş tac kütlə atılması və fəal yüksək sürətli axınların təsiri nəticəsində martın 24-ü günün sonunda G3 səviyyəli (Kp=7) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şərait müşahidə edilib.

Tac kütlə atılmasının təsirinin zəifləməsi davam etdiyindən martın 25-də və 26-da fasilələrlə G1 səviyyəli qasırğalar istisna edilmir. Martın 27-də ümumi həyəcanlanmış şəraitin müşahidə olunacağı (Kp=4), mütəmadi olaraq sakit şəraitlə əvəzlənəcəyi proqnolaşdırılır. 

Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir.

Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-qan damar və digər xroniki xəstəlikləri olan və yaşlı insanların səhhətlərində müəyyən narahatlıq-diskomfort halları arta bilər.

Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur. 
Həyəcanlanmış kosmik hava şəraiti nəticəsində əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı və hətta bəzi orta en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olurlar. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

End of content

No more pages to load

RADİO