Dünən gecə saat 3 radələrində Gəncədə Heydər Əliyev prospektində, Gəncə Dövlət Filarmoniyasının yaxınlığında zəncirvari qəza baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Hyundai Santa Fe” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yolun kənarında dayanan “AzSamand”, “Peugeot” və “Land Cruiser” markalı avtomobillərlə toqquşub.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu