Ağstafada gənclər arasında mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində baş verib.
Dava zamanı 2002-ci il təvəllüdlü Kamil Vəlizadə və onun qardaşı, 2000-ci il təvəllüdlü Ramin Vəlizadə bıçaq xəsarətləri alaraq bədənlərinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Onlar dərhal əməliyyata götürülüblər.
Qardaşların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu