Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam həcmdə dolub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rayon sakinləri yayıb.
Onların sözlərinə görə, son günlər intensiv yağıntılar anbarda belə bir vəziyyət yaradib.
Bildirilib ki, sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ildə müşahidə olunub.
Qeyd edək ki, sözügedən anbar Göytəpəçayın məcrasında yerləşir. Anbarın 2010-cu ildə tikintisi başa çatıb və açılış mərasimi keçirilib.
Su anbarının indiyə qədər tam həcmdə dolmaması movsümü suvarmada da böyük problemlərə səbəb olurdu.
Xatırladaq ki, bölgədə yağıntılı hava davam edir.
Sabutay Nağıyev, Cənub bürosu