Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bizim.Media AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, yerli vaxtla saat 04:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.0 olub.
Zəlzələnin ocağı 28 kilometr dərinlikdə yerləşib.
Bizim.Media