Gəncədə su kanalından naməlum kişi meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Əbdülkərim Mehmandarov küçəsindən keçən su kanalından orta yaşlı naməlum kişi meyiti aşkar edilib.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Həmin şəxsin kimliyi dəqiqləşdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu