Bu gündən Şimal bölgəsində baharın nəfəsi duyulmağa başlayıb. Belə ki, martın 20-21-də Quba və Qusarın dağlıq ərazilərinə yağan qar əriməyə başlayıb.
Bizim.Media xəbər verir ki, üç gün öncə 32 sm qar yağan Qrız kəndində indi 6 sm qar qalıb.
Bu gün əsl mart havası müşahidə olunub. Gah günəşli, gah çiskin, gah da dumanlı hava özünü göstərib.
Amma rəsmi məlumatlara görə qarşıdakı günlərdə havanın yenidən dəyişəcəyi və qeyri-sabit keçəcəyi gözlənilir. Hətta bəzi dağlıq ərazilərə yenidən qar düşəcəyi proqnozlaşdırlır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu