Azərbaycanda pensiyaçıların sayı NİYƏ azalıb? - SƏBƏBLƏR

Xəbər verildiyi kimi ötən il pensiyaçıların sayı 18 min 200 nəfər azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvarın ilk gününə 1 milyon 96 min pensiyaçı qeydiyyatdan keçib. Bu əhalinin 10.8 faizi pensiyaçı olması deməkdir. Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. 

Bizim.Media xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramovun sözlərinə görə pensiyaçıların sayının azalması səbəblərini müəyyənləşdirmək üçün pensiyaçıların strukturundakı dəyişikliklərə diqqət yetirmək lazımdır.

O, məsələyə özünün Facebook hesabında aydınlıq gətirib. Qeyd edib ki, DSK-nin Dövlət Sosial Müdafiə Fonduna istinadən paylaşdığı sonuncu məlumatda struktur üzrə dəyişiklik qeyd olunmasa da digər mənbələrin statistikası ilə bu müqayisənin aparılması mümkündür. Belə ki, 2022-cü ilin yekunlarında yaşa görə pensiya alanların sayı 696 min 375 nəfər olub.  2024-cü ilin yanvarın 1-də isə bu rəqəm 701 min 440  nəfər olub. Deməli, pensiya yaşı tamam olaraq pensiyaya çıxanların sayında azalma yoxdur. Əksinə, yaşa görə pensiya alanların sayı 5 min 65 nəfər artıb.

Ötən ilin yekunlarında əlilliyə görə pensiya alanların sayı 258 min 656 nəfər olub. 2022-cü ilin sonuncu günü isə ölkədə 272 min 979 nəfər əllillyə görə pensiya alıb. Bu isə o deməkdir ki, ötən il ərzində əlilliyə görə pensiya alanların sayı 14 min 323 nəfər azalıb.
Ailə başçısının itirilməsinə görə pensiya alanların sayı isə bu ilin ilk gününə 135 min 904 nəfər olub. Bir il öncə bu rəqəm 144 min 846 nəfər idi. Deməli, ailə başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 8 min 942 nəfər azalıb. Bütövlükdə, əlilliyə və ailə  başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 23 min 265 nəfər azalıb. 

Bu statistik təhlil göstərir ki, yaşa görə pensiya alanların sayında artımın olmasına baxmayaraq digər iki əmək pensiyası üzrə azalma ümumi pensiya alanların sayını azaldıb. Ötən il ərzində əlilliyə və ailə  başçısının itirilməsinə görə pensiya alanların sayındakı 23 min 265 nəfər azalma yaşa görə pensiyaçıların sayındakı 5 min 65 nəfər artımın fərqi 18 min 200 nəfər ümumi azalma ilə nəticələnib.

Təbii ki, pensiyaçıların sayındakı bu struktur dəyişikliyi pensiya islahatlarının daha da dərinləşdirilməsini və əlilliyə və ailə başçısının itirilməsinə görə pensiyaçıların sayının azalma səbəblərinin tam araşdırılmasını aktuallaşdırır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

End of content

No more pages to load

RADİO