Tanınmış şair, tərcüməçi, Prezident təqaüdçüsü Nicat Məmmədovu motosiklet vurub.
Bizim.Media bakupost.az-a istinadən xəbər verir ki, hadisə martın 18-də baş verib.
Belə ki, yüksək sürətlə hərəkət edən motosiklet piyada zolağında Nicat Məmmədovu vurub. Nəticədə o, sol diz nahiyəsindən ciddi xəsarət alıb.
1 saylı Şəhər Klinik Xəstəxanasında şairə ilkin tibbi yardım göstərilib. Hazırda zərərçəkmiş evdə yataq şəraitindədir. Hüquq-mühafizə orqanları işi öz nəzarətinə götürüb.
Araşdırma aparılır.

Bizim.Media