“İdman şapkasını “namus” adlandıranlar əvvəlcə özlərinə baxsınlar” - Folklorşünas OD PÜSKÜRDÜ

Milli mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan Novruz bayramının xalqımızın tarixi yaddaşında müstəsna rolu var. Novruzun atributlarından hesab edilən bəzi adət-ənənələr zaman-zaman unudulsa da, əksəriyyəti bu günümüzə qədər gəlib çatıb. Qulaq falına çıxma, torba atma, şal sallamaq, su sulama, yumurta döyüşdürmə, tonqal üstündən tullanma və sair.

Bu adətlərin əksəriyyəti unudulsa da bəziləri qismən yaşadılır. Məhəmməd Şəhriyar da bu ənənəni çox ustalıqla ifadə edib:

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Məsələ burasındadır ki, keçmişdə şal, torbasallama mərasimi müxtəlif bölgələrdə fərqli üsulla icra olunub.

Bacalardan şal və torba sallanıb, qapılardan da papaq atılıb. Müasir dövrdə bu adət  bir qədər dəyişib. İndi müasir evlər nə şal, nə də torba sallamaq üçün münasib deyil. Üstəlik, indi şal və torba yoxa çıxıb.

Uşaqlar daha çox başlarına qoyduqları idman geyimindən – papaqdan bu məqsədlə istifadə edirlər. Novruzda yaşlı insanların papaq atmasına rast gəlinmir və bu adətdən bir qayda olaraq uşaqlar və yeniyetmələr istifadə edir. Bu isə çoxları tərəfindən müsbət qarşılanmır. Çünki, papaq namus, qeyrət simoludur. Onun ayaqlar altına atılması heç də xoş qarşılanmır. 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşən folklorşünas Tahir Talıblı bildirib ki, Novruzun simvolları tədricən unudulur, təhrif edilir:

“Müasir yeniyetmələr artıq şal sallamır, torba atmır, sadəcə papaq atır. Nəzərə alaq ki, papağı atanlar da 7-12 yaşlı uşaqlar olur. İndi hansı uşağa baxırsan başında idman kepkası və ya papağı var. Ona görə də həmin uşaqlar torba gəzdirməkdənsə başlarındakı idman papağından torba əvəzi istifadə edir. Bəlkə də bu xoş qarşılanmır. Amma uşaqları da başa düşmək lazımdır.
Onlar alternativ tapmadıqları üçün belə edirlər. Nəzərə alın ki, bu, uşaq həvəsidir və usagı indidən çaşdırmaq, pisikdirmək olmaz. Əksinə  adət-ənənəni sevdirmək üçün bu tendensiya davam etməlidir. İndi bəziləri deyir ki, guya papaq atmaqla qeyrət əldən gedir. Belə şeylər danışmaqla xalqın min illik yaddaşına kölgə salmayın.

Papaqla bağlı milli oyunlarımız var. Deməli, dədə-babamız “qeyrətlə” oyun oynayıblar? Papaq mövzusuyla alver etmək nadanlıqdır.

Kimsə gündəmə gəlmək istəyirsə bu mövzunu nahaq ortaya atır. Bu cür yanaşmalar Novruzu gözdən salır. Əziz gündə uşaqların sevincinə kölgə salmaq yaraşmaz.

İdman şapkasını “namus” adlandıranlar qoy milli papaqlarımızın yoxa çıxmasından danışsınlar. Bütün Qafqaz xalqları və hətta Orta Asiyada milli geyimlər qorunub yaşadılır. Bəs, biz niyə bunu etmirik? İdman şapkasını “namus” adlandıranlar əvvəlcə özlərinə baxsınlar ki, geyindikləri paltarın hansı millidir, sonra danışsınlar” . 

Vəli Həsənov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

End of content

No more pages to load

RADİO