Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonum Dəlməmmədli şəhərində hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili ilə “Toyota Prius” toqquşub.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Məmmədtağı Teyyubov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu