Novruz bayramının ikinci günündə də Quba və Qusarın dağlıq ərazilərində qar müşahidə olunur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hazırda Qubanın Qrız və Xınalıq kəndlərində 23, Qusarın Ləzə kəndində 20 sm qar var.
Xınalıqda bu gün səhər 5, Qrızda isə 4,2 dərəcə şaxta müşahidə edilib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu