Bu gün bütün türk xalqlarının ən önəmli bayramı, baharın müjdəçisi sayılan Novruz bayramı günüdür.
Bu qədim bayram ölkəmizdə hər zaman olduğu kimi bu il də təntənə ilə qeyd olunur. Belə ki, havanın bahardan çox qışı xatırlatmasına baxmayaraq, şəhərin mərkəzi hissəsində keçirilən bayram şənliklərinə insan axını var.
Xüsusilə gənclər bir araya toplaşaraq, tarixi bayramımızı tonqal başında qeyd edirlər.
Bizim.Media-nın əməkdaşının hazırladığı fotoreportajı təqdim edirik.















Leyla Qəhrəmanova, Bizim.Media