“Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə 2,077 min ev təsərrüfatı və biznes subyekti yüksəksürətli internet xidmətləri ilə əhatə edilib".
Bizim.Media xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında yazıb.
O qeyd edib ki, bununla da layihənin 71%-i icra olunub:
"Nəticədə Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 37,3 Mbit/s təşkil edib".

Bizim.Media