2024-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatdan keçən 1096,0 min pensiyaçının 23,6 faizi əlilliyə görə pensiya alanlardır.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, onların 64.0 faizi yaşa, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil etmiş və orta aylıq əmək- haqqının 47,3 faizinə bərabər olub.
Qeyd edək ki, pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Bizim.Media