İlaxır çərşənbə ilə bağlı MARAQLI FAKTLAR – Bu günü necə QEYD ETMƏLİYİK?

Bu gün Azərbaycanda yazın xəbərçilərindən hesab edilən çərşənbələrin sonuncusu qeyd edilir. Təsadüfi deyil ki, ilk çərşənbəyə qədərki çərşənbəyə bəzi yerlərdə "xəbərçi", "yalançı" da deyilir. Folklordakı “De Novruza nə qaldı, düz əllicə gün qaldı” deyimi Novruz bayramına qədərki əlli günün "Yalançı" çərşənbədən hesablandığına işarədir.

Hazırda ölkədə yazın gəlişinə qədər qeyd edilən dörd çərşənbə mövcuddur. Bunlar su, od, yel, torpaq çərşənbələridir. Çərşənbələr baharın gəlişi ilə təbiətdə baş verən dəyişikliyə uyğun adlandırılıb. Hər biri yazın qapıda olduğunu xatırlatsa da ən təntənəli qeyd ediləni sonuncu, İlaxır çərşənbədir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün İlaxır çərşənbədir


Bu çərşənbənin hətta bayram axşamı günü ilə eyni vaxtda təsadüf etməsi də mümkündür. Yəni sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir.

Bəs İlaxır çərşənbəni insanlar necə qeyd edir və bu çərşənbənin özünəməxsus adətləri hansılardır?

El arasında "yer çərşənbəsi" kimi də tanınan torpaq çərşənbəsinə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axır çərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.

Axır çərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Çərşənbə süfrəsindəki səməni də ruzi-bərəkətin rəmzidir. Yaşıllıq isə yeni həyatın başlanğıcı deməkdir. Qədimdə bu çərşənbədə torpağın becərilməsinə başlanılıb. Ümumiyyətlə, türk dünyasında torpaq hər mənada müqəddəs hesab edilir. 

İlaxır çərşənbə süfrəsində şamların qoyulması da mütləqdir. Yeməklərə gəldikdə isə Azərbaycan mətbəxinin tacı hesab edilən plov süfrənin vazkeçilməzidir. Şəkərbura, paxlava kimi şirniyyatların olması bolluğa işarədir.
İlaxır çərşənbənin gözəl adətlərindən biri də paylaşmaqdır. Qapılara papaq atılar bayram süfrəsindəki təamlar digərləri ilə paylaşılar. Bundan başqa, kasıb, yaxınını itirmiş insanların evinə getmək, onlarla bayramlaşmaq, sovqat aparmaq da çərşənbənin ən özəl ənənələrindəndir.

İlaxır çərşənbədə qapıpusma və başqa fallar var, insanlar ürəklərində niyyət edib qapı pusarlar. 

Niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluğun tapılması arzunun yerinə yetməsindən xəbər verir.

Bu bayramda gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Suyun üzərində üzüyün fırlanma sayı qızın hansı yaşda ailə quracağından xəbər verir.

İlaxır çərşənbədə sevən oğlanlar sevgilərini etiraf etmək üçün bacadan ucuna balaca dəsmal bağlanmış şal sallayarlar. Şalın ucuna bağlanmış həmin yaylığı evin böyükləri açıb qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şiriniyyat qoyub onu geri qaytararlar.

Gənc və subay qızlar duzlu qoğal yeyərlər. Deyilənə görə, axşam yuxuda ona su verən gənc oğlan onun qisməti olarmış.

Çərşənbədə yumurta boyamaq, bəzəmək və onları döyüşdürmək uşaqların ilboyu gözlədiyi andır. Tonqal qalayıb üstündən tullanmaq isə uşaqlı-böyüklü hamının sevincinə, əyləncəsinə səbəb olur.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

End of content

No more pages to load

RADİO