Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Gəncə istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil orta yaşlı kişini vurub.
Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu