Balakən rayonunda 6-cı sinif şagirdi vəfat edib.
Bizim.Media-nın yerli bürosu bildirir ki, Uğur Vasif oğlu Qarayev Balakən rayonu Surağat Qurbanov adına Katex 1 nömrəli tam orta məktəbin altıncı sinfində təhsil alıb. O bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Şagird onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Vəfat edən məktəbli bu gün Katex kənd qəbiristanlığında dəfn olunacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu